Təsvir

Vəzifə öhdəlikləri:

  • AYNA-nın sosial, maarifləndirici və imic videolarının çəkilişinin həyata keçirilməsi;
  • Çəkiliş prosesinə DOP (Director of Photography) baxışı ilə yanaşmaq: kadr kompozisiyası, işıq, rəng və vizual ritm;
  • İnteryer və eksteryer məkanlarda işıq quruluşunun yaradılması;
  • Kamera, obyektiv və işıq avadanlıqlarının düzgün seçimi və istifadəsi;
  • Ronin (gimbal) ilə stabil və dinamik kadrların çəkilməsi;
  • Rejissor və kreativ komanda ilə birlikdə vizual həllərin formalaşdırılması;
  • Çəkiliş öncəsi texniki və vizual planlamanın aparılması;
  • Küçə, studiya, ofis və açıq məkanlarda peşəkar çəkilişlərin icrası;
  • Brend üslubuna uyğun vahid vizual dilin qorunması;
  • Zərurət olduqda montaj mərhələsində kreativ rəy və texniki dəstək verilməsi.


Tələblər

  • Ali təhsil;
  • Videoqraf və ya operator kimi minimum 1–2 il iş təcrübəsi;
  • Kamera və çəkiliş avadanlıqları ilə işləmə bacarığı;
  • Video montaj proqramları (Adobe Premiere Pro və ya oxşar) üzrə baza biliklər;
  • Rəng və səs işləmələri barədə ümumi anlayış;
  • Sosial media video formatları ilə tanışlıq;
  • Kadr quruluşu, işıq və vizual hekayə anlayışı;
  • Komandada işləmək və kreativ proseslərdə aktiv iştirak bacarığı;
  • Məsuliyyətlilik və operativlik.

Vakansiya haqqında

Son tarix

March 8, 2026

Paylaşılıb

yanvar 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr