Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

İctimai nəqliyyat üzrə mütəxəssis

Bu gün

19

Təsvir

  • Daxil olan müraciət və sorğuları qanunvericiliyə uyğun (müddət və qaydalar daxilində) cavablandırmaq, təhlil etmək və həlli üçün təkliflər hazırlamaq.
  • Mövcud marşrutların işini təhlil etmək, marşrut şəbəkəsinin optimallaşdırılması üzrə təkliflər vermək və yeni marşrutların təşkili ilə bağlı işləri icra etmək.
  • Sərnişin tələbatını və axınını öyrənmək üçün monitorinqlər keçirmək, dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq.
  • İctimai nəqliyyatda xidmətin təşkilinə, daşıyıcıların fəaliyyətinə, gediş tariflərinin tətbiqinə və müqavilə öhdəliklərinin icrasına nəzarət etmək.
  • Hərəkət sxemləri və hərəkət cədvəllərinin hazırlanmasında iştirak etmək.
  • Onlayn bilet satışı sisteminin təşkili, sifarişli daşımalara icazə verilməsi və müqavilələrin bağlanılması proseslərində iştirak etmək.
  • İctimai nəqliyyatda yeni tarif yanaşmaları və innovativ həllərin tətbiqi üzrə təhlillər aparmaq.
  • Şöbənin fəaliyyəti ilə bağlı aylıq, rüblük və illik hesabatları hazırlamaq.

Tələblər

  • Ali təhsil.
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
  • İngilis və rus dilləri (başlanğıc səviyyədə).
  • MS Windows və MS Office proqramlarını yüksək səviyyədə bilmək.
  • İctimai nəqliyyat sahəsini tənzimləyən normativ-hüquqi aktlar, qərarlar və müvafiq qanunvericilik haqqında əsaslı biliklər

Vakansiya haqqında

Son tarix

August 14, 2026

Paylaşılıb

iyul 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat