Agentliyin ehtiyaclarına uyğun olaraq işə qəbul prosesini təşkil etmək və effektiv şəkildə həyata keçirmək;
Yeni işçilərin adaptasiyasını təmin etmək üçün proqramların təşkil və koordinasiya etmək;
Öyrənmə və inkişaf ehtiyaclarını müxtəlif yanaşmalardan istifadə edərək müəyyənləşdirmək;
İşçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə inkişaf proqramlarını təşkil etmək və təlim sonrası effektivliyi qiymətləndirmək;
Fəaliyyətin idarəetmə sisteminin tətbiqinə dair funksional bölmələrə metodoloji və proses dəstəyi göstərmək, qiymətləndirmə mərhələlərinin düzgün icrası üçün bütün maraqlı tərəflərlə effektiv koordinasiya qurmaq;
Mövcud və yeni vəzifələr üzrə funksional iş analizlərini aparmaq və nəticələr əsasında vəzifə təsvirləri, spesifikasiyalar və digər əlaqəli sənədləri hazırlamaq;
Səriştə əsaslı yanaşma üzrə matrisaların və qiymətləndirmə alətlərinin hazırlanmasında iştirak etmək və onların tətbiqini dəstəkləmək;
İşçi qüvvəsinin strateji planlaşdırılması, vəzifələrin dizaynı və təşkilati strukturun optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək;
Əməkdaşların məmnunluq səviyyəsini ölçmək üçün sorğular keçirmək və nəticələr əsasında inkişaf təklifləri vermək;
İşçi bağlılığı və işəgötürən brendinin inkişafı üzrə tədbirlərə dəstək vermək;
İnsan resursları üzrə hesabatların hazırlanması və analitik təhlillərin aparılması üçün müvafiq məlumatları toplamaq və təhlil etmək.
Tələblər
İnsan resursları, biznesin idarə edilməsi, psixologiya və ya müvafiq sahə üzrə ali təhsil;
Əmək qanunvericiliyi üzrə biliklərin peşəkar səviyyədə olması;
İnsan resurslarının müxtəlif funksiyaları üzrə (işə qəbul, təlim, performans, engagement) minimum 3 il peşəkar təcrübə;
İşə qəbul, öyrənmə və inkişaf, performans idarəçiliyi və əməkdaş məmnuniyyəti prosesləri üzrə peşakar biliklər;
Müvafiq fəaliyyətlər üzrə hesabatlılıq bacarığı, əsas metriklərdən istifadə bacarığı;
Nəticəyönümlülük və punktuallıq;
İnkişaf yönümlü yanaşmaya və dəyişikliklərə adaptasiya;
Azərbaycan dili – səlis, ingilis və ya rus dillərindən biri peşakar səviyyədə;
HR üzrə beynəlxalq sertifikatların olması əlavə üstünlükdür.