IT sistemlər üzrə biznes tələblərinin toplanması və təhlili;
İT sistemlər üzrə biznes proseslərin təhlil edilməsi və optimallaşdırılması;
İT sistemlər üzrə texniki tapşırıqların (texniki spesifikasiyaların) hazırlanması;
Proqram təminatlarında "user acceptance test"lərinin (UAT) həyata keçirilməsi;
İT layihələrinin planlaşdırılması, icrası və yekunlaşdırılması;
Proqram təminatının biznes performansını anlamaq və tendensiyaları müəyyən etmək üçün dataların təhlil edilməsi;
Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işləmək;
Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması (BRD və SRS sənədlərinin hazırlanması);
Sistemdə funksional və qeyri-funksional tələblərin formalaşdırılması;
Proqram təminatı istifadəçilərinə təlimlərin verilməsi;
Təqdimatların hazırlanması;
Sistem üzrə istifadəçi təlimatlarının hazırlanması.
Tələblər
Ali təhsil (Biznesin idarə edilməsi, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi);
Biznes təhlili alətləri ilə işləmə bacarığı (Microsoft Visio, Jira, Confluence, Draw io, Figma, MS Project, Trello və ya digər layihə idarəetmə alətləri ilə işləmə təcrübəsi);
Layihə idarəetmə metodologiyaları haqqında məlumatlı olmaq (məsələn, Agile, Waterfall);
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi, IT layihələri üzrə ən azı 1 il iş təcrübəsi;
BA və IT üzrə sertifikatlar üstünlükdür;
Güclü analitik bacarıqlara sahib olmaq;
Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı;
Problemlərə kompleks və məntiqi yanaşma bacarığı;
Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
Dəqiqlik və detallara qarşı diqqətlilik;
Ünsiyyət və təqdimat bacarıqları;
Komanda ilə işləmə bacarığı;
Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı. (İnglis dili arzu olunandir).