Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Könüllülərlə iş üzrə baş mütəxəssis

Könüllülərlə iş üzrə baş mütəxəssis

Bu gün

13

Təsvir

  • Agentliyin könüllü siyasətini inkişaf etdirmək və bu siyasətin həyata keçirilməsinə nəzarət etmək.
  • Könüllülərlə işin düzgün, effektiv və tələblərə uyğun qaydada təşkili və idarə olunmasını təmin etmək.
  • Könüllülərlə bağlı layihə və proqramlar hazırlamaq və həyata keçirmək.
  • Könüllülərin cəlb edilməsi və seçimi prosesində yaxından iştirak etmək, onların uyğun sahələrdə yerləşdirilməsini təmin etmək.
  • Könüllülər üçün təlim və maarifləndirmə proqramları təşkil etmək, onların bacarıqlarının inkişafı üçün müvafiq tədbirlər görmək.
  • Könüllü fəaliyyətlərini izləmək, qiymətləndirmək və müvafiq hesabatlar hazırlamaq.
  • Könüllülərin iş prosesində qarşılaşdıqları çətinliklərin həllinə dəstək olmaq.
  • Könüllülərlə işlərin səmərəli qurulması üçün dövlət və ictimai təşkilatlarla əlaqələr yaratmaq.


Tələblər

  • Ali təhsil.
  • Könüllülərlə iş, layihələrin idarə edilməsi və ya vətəndaş xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis, və Rus dilləri – yaxşı səviyyədə.


Zəruri biliklər:

  • Azərbaycan Respublikasının Konstitusiyası;
  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • İnzibati Xətalar Məcəlləsi;
  • İşgüzar ünsiyyət mədəniyyəti və peşə etiketi qaydaları;
  • Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydaları üzrə biliklər.


  • Problemləri effektiv həll etmək və gərgin iş mühitində çalışmaq bacarığı.
  • Yüksək səviyyədə danışıqlar aparmaq, ünsiyyət qurmaq və dinləmə bacarığı.
  • Yaradıcı, təşəbbüskar, dəyişikliklərə tez adaptasiya olunan və stressə davamlı olmaq.
  • Detallara diqqət, dəqiqlik və yüksək şifahi/yazılı ünsiyyət bacarıqları.

Vakansiya haqqında

Son tarix

October 21, 2026

Paylaşılıb

sentyabr 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər