Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Mikromobillik üzrə mütəxəssis

Dünən

271

Təsvir

  • Mikromobillik infrastrukturunun genişləndirilməsi istiqamətində layihələrin hazırlanması
  • Ərazilərin təhlil edilməsi
  • Mikromobillik parklanmalarının təşkil edilməsi məqsədilə təhlillərin aparılması, yeni yerlərin müəyyənləşdirilməsi
  • Mikromobillik zolaqlarının və parklanmalarının müvafiq xəritələrə yerləşdirilməsi
  • Layihələrin icrası zamanı ərazidə nəzarətin həyata keçirilməsi
  • Mütəmadi olaraq mövcud zolaqlar üzrə monitorinqlərin aparılması və aşkar edilmiş problemlərin aradan qaldırılması üçün tədbirlərin görülməsi
  • Operatorların işinə nəzarət
  • Mikromobilliyin təbliği və təşviqi istiqamətində araşdırmalar aparmaq və bu istiqamətdə təkliflərin hazırlanmasında iştirak etmək
  • Bu sahənin inkişafı istiqamətində beynəlxalq təcrübənin araşdırılması və təkliflərin hazırlanması
  • Müxtəlif dövlət qurumları ilə koordinasiyalı işin aparılması
  • Şöbənin müxtəlif tədbirlərdə və görüşlərdə təmsil edilməsi

Tələblər

  • Nəqliyyat sahəsi üzrə ali təhsil (Yol hərəkətinin təşkili ixtisası üzrə olması üstünlükdür)
  • Mikromobillik sahəsində nəzəri və praktik biliklərə malik olmaq
  • Layihələndirmə sahəsində bilik və təcrübə
  • AutoCAD, CorelDRAW kimi qrafik və layihələndirmə proqramlarında sərbəst işləmə bacarığı
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint və s.) sərbəst işləmə bacarığı
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (İngilis və rus dillərini bilmək əlavə üstünlük hesab olunur)
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
  • Təşəbbüskar olmaq və yaranan problemləri operativ şəkildə həll etmə bacarığı
  • Təhlil etmə bacarığı
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (mikromobillik, şəhər nəqliyyatı, layihələndirmə və ya bənzər sahələr üzrə olması üstünlükdür)
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür

Vakansiya haqqında

Son tarix

September 22, 2025

Paylaşılıb

sentyabr 8, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Digər