Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Nəqliyyat tənzimləməsi üzrə təhlilçi

Nəqliyyat tənzimləməsi üzrə təhlilçi

17-03-2025

821

Təsvir

  • Yol hərəkətinin təşkili ilə bağlı digər dövlət orqanlarından və qurumlardan daxil olan normativ və qeyri-normativ hüquqi akt layihələrinə dair rəy və təkliflər hazırlamaq;
  • Yol hərəkətinin təşkili ilə bağlı AYNA-da hazırlanan normativ və qeyri-normativ hüquqi akt layihələrinə dair rəy və təkliflər hazırlamaq;
  • Yol hərəkətinin təşkili ilə bağlı beynəlxalq təcrübəni təhlil etmək və təkliflər hazırlamaq;
  • Yol hərəkətinin təşkili üzrə digər dövlətlərdə və beynəlxalq təşkilatlarda mövcud olan standartlarla bağlı təhillər aparmaq;
  • Azərbaycan Respublikasında yol hərəkətinin təşkili üzrə yeni standartların qəbul edilməsi ilə bağlı təkliflər hazırlamaq;
  • Yol hərəkətinin təşkili üzrə yeni standartların layihələrinin hazırlanmasında iştirak etmək;
  • Müxtəlif dövlət orqanlarından və qurumlarından, eləcə də AYNA-nın struktur bölmələrindən daxil olan sənədlərin cavablandırılmasında iştirak etmək;
  • Departamentin fəaliyyət istiqamətləri üzrə təqdimatlar və arayışlar hazırlamaq.

Tələblər

  • Ali təhsil (Hüquq və ya Yol hərəkətinin təşkili üzrə minimum bakalavr təhsili);
  • Azərbaycan dili yazılı və şifahi sərbəst, Rus və ingilis dillərində yaxşı səviyyədə danışmaq bacarığı;
  • Windows əməliyyat sistemində, Microsoft office Word, Powerpoint, Excel proqram təminatlarında sərbəst işləmək bacarığı;
  • Layihə idarəetmə metodologiyaları haqqında məlumatlı olmaq (məsələn Agile, Waterfall);
  • Güclü təhlil bacarıqlarına sahib olmaq;
  • Problemlərə kompleks və məntiqi yanaşmaq bacarığı;
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
  • Dəqiqlik və detallara qarşı diqqətlilik; 
  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Komanda ilə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

April 29, 2025

Paylaşılıb

mart 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər