Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Performansın idarəedilməsi üzrə baş mütəxəssis

Performansın idarəedilməsi üzrə baş mütəxəssis

Bu gün

18

Təsvir

Vəzifə təsviri

  • Performansın idarə edilməsi prosesinin mərhələlərinin, son tarixlərinin, siyasət və prosedurlarının təşkilat daxilində kommunikasiyasını təmin etmək
  • Struktur bölmələr üzrə əsas fəaliyyət göstəricilərinin (KPI) hazırlanması və razılaşdırılması prosesində iştirak etmək
  • KPI-lərin təşkilatın strateji məqsədləri ilə uyğunlaşdırılmasını təmin etmək
  • Hədəflərin ölçülə bilən və real olmasına nəzarət etmək
  • Performans nəticələrinin təhlili və konsolidasiyasını həyata keçirmək və rəhbərliyə strukturlaşdırılmış şəkildə təqdim etmək
  • Performans nəticələrinə əsaslanaraq təlim və inkişaf ehtiyaclarını müəyyən etmək
  • Davamçıların müəyyənləşdirilməsi və inkişaf proqramlarının planlaşdırılmasına dəstək göstərmək
  • Qiymətləndirmə formalarının, metodoloji sənədlərin və təlimatların hazırlanmasında iştirak etmək
  • Performans idarəetməsi üzrə beynəlxalq təcrübə və müasir tendensiyaları izləmək və tətbiq etmək
  • Yeni işçilər üçün sınaq müddəti hədəflərinin müəyyənləşdirilməsi prosesini idarə etmək
  • İR analitika alətlərindən istifadə edərək performans göstəricilərini monitorinq etmək
  • Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq və təqdim etmək


Tələblər

Tələblər

  • İnsan resursları, biznesin idarə edilməsi və ya əlaqədar sahə üzrə ali təhsil
  • İR sahəsində ən azı 3–4 il iş təcrübəsi
  • Performans idarəetmə sistemləri və metodologiyaları üzrə bilik
  • KPI və performans göstəricilərinin hazırlanması üzrə təcrübə
  • İR analitika və məlumatların təhlili bacarığı
  • Strateji planlaşdırma və nəticələrin qiymətləndirilməsi bacarığı
  • MS Excel, PowerPoint və digər ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı
  • HRIS və digər HR sistemləri ilə işləmə təcrübəsi
  • Əmək qanunvericiliyi üzrə baza bilikləri


Vakansiya haqqında

Son tarix

April 9, 2026

Paylaşılıb

mart 10, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə