Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Sosial media müraciətləri üzrə mütəxəssis

Sosial media müraciətləri üzrə mütəxəssis

16-01-2025

2.1K

Təsvir

  • Sosial şəbəkələrdəki şərhləri müntəzəm olaraq izləmək və müzakirələrin inkişafını diqqətlə izləmək.
  • İstifadəçilərin suallarına, təkliflərinə və şikayətlərinə vaxtında, dəqiq və peşəkar şəkildə cavab vermək.
  • Təşkilatın nüfuzunu qorumaq üçün müsbət və dəstəkləyici cavablar vermək, istifadəçilərlə münasibətləri inkişaf etdirmək.
  • İstifadəçilərin şikayətlərinə doğru yanaşaraq, problemləri həll etmək üçün müvafiq departamentlərlə yönləndirmək.
  • Sosial media üçün müvafiq və cəlbedici məzmun hazırlamaq, şərh etməni təşviq edən kampaniyalar həyata keçirmək.
  • Sosial şəbəkələrdəki şərh və müzakirə statistikasını təhlil etmək, gələcək strategiyalar üçün məlumatları istifadə etmək.
  • Digər departamentlər ilə sıx əməkdaşlıq etmək.
  • Sosial media trendlərini izləmək və bunlara uyğun strategiyalar inkişaf etdirmək.
  • Sosial media platformaları və alətləri haqqında bilikləri davamlı olaraq artırmaq və yeniliklərə uyğunlaşmaq.
  • İstifadəçilərdən alınan rəy və təklifləri təhlil edərək, şirkətin məhsul və xidmətlərinin inkişafı üçün istifadə eetmək.

Tələblər

  • İş təcrübəsi: Sahə üzrə ən azı 1 il iş təcrübəsi.
  • Analitik bacarıqlar: Məlumatları təhlil edərək düzgün və əsaslı qərarlar vermək bacarığı.
  • Sosial media bilikləri: Fərqli sosial media platformalarının idarə edilməsi və optimallaşdırılması üzrə geniş biliklər.
  • Stressə davamlılıq: Təzyiq altında effektiv işləmə və problemləri sürətlə həll etmə bacarığı.
  • Sosial media analitik alətləri: Sosial media fəaliyyətlərinin təhlili və izlənməsi üçün analitik alətlərdən istifadə bacarığı.
  • Microsoft Office bilikləri: Microsoft Office proqramları (Word, Excel, PowerPoint və s.) üzrə yaxşı işləmə bacarığı.
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və ingilis dili biliyi üstünlük təşkil edir.

Vakansiya haqqında

Son tarix

fevral 27, 2025

Paylaşılıb

yanvar 16, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr