Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Yol nişanları üzrə mütəxəssis

26-12-2025

612

Təsvir

  • Mövcud yol şəbəkələri nəzərə alınmaqla yeni yol nişanlarının layihələndirilməsi və yerləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə müasir və effektiv həll yollarının təklif edilməsi;
  • Layihələrin icrasını dəstəkləmək üçün bütün zəruri texniki sənədlərin hazırlanması;
  • Respublikanın müxtəlif regionlarında mövcud yol şəbəkələrinin təhlilinin aparılması və yeni yol nişanlarının yerləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Layihələrin həyata keçirilməsi zamanı keyfiyyət tələblərinə və beynəlxalq standartlara riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Regionlar üzrə yol nişanlarının yerləşdirilməsi prosesində aidiyyəti dövlət qurumları, yerli idarələr və digər müvafiq tərəfdaşlarla sıx əməkdaşlığın təmin edilməsi;
  • Mövcud yol nişanlarının texniki vəziyyətinin qiymətləndirilməsinin aparılmasıı
  • Yeni texnologiyaların və beynəlxalq təcrübənin araşdırılması, müasir yol nişanları ilə bağlı təkliflərin hazırlanması;
  • Layihələrin yekun nəticələrinin təhlil edilməsi və icra ilə bağlı hesabatların hazırlanması;
  • Fəaliyyət funksiyası üzrə daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi və əsaslandırılmış cavabların hazırlanması.


Tələblər

  • Nəqliyyat sahəsi üzrə ali təhsil;
  • Yol nişanlarının layihələndirilməsi və texniki sənədlərin hazırlanması sahəsində minimum 1 il iş təcrübəsi;
  • MS Office, AutoCAD, Google Earth Pro və digər layihələndirmə proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
  • Azərbaycan Respublikasının yol hərəkətinə dair qanunvericiliyi, müvafiq beynəlxalq konvensiyalar, DÜİST standartları və müasir yol hərəkətinin təşkili həlləri üzrə geniş biliklər;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; ingilis və ya rus dili bilikləri üstünlükdür;
  • Komanda şəraitində effektiv işləmək, aidiyyəti dövlət və özəl qurumlarla peşəkar ünsiyyət qurmaq və təqdimatlar hazırlamaq bacarığı;
  • Detallara yüksək diqqət, layihə və texniki sənədlərin dəqiq və keyfiyyətli hazırlanmasını təmin etmək bacarığı;
  • Məsuliyyətli və cavabdeh yanaşma, tapşırıqları və layihələri nəticəyönümlü şəkildə icra etmək bacarığı.


Əlavə qeyd: Sürücülük vəsiqəsinin olması vacibdir.

Vakansiya haqqında

Son tarix

February 4, 2026

Paylaşılıb

dekabr 26, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər