"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Yorğunluğun idarə olunması üzrə mütəxəssis

Yorğunluğun idarə olunması üzrə mütəxəssis

02-07-2026

28

Təsvir

  • Müəssisədə toplanmış uçuş heyətinin yorğunluğu ilə bağlı məlumatların dəqiqləşdirilməsi, təhlil edilməsi və təqdim edilməsi;
  • Uçuş heyətinin yorğunluğu üzrə planlaşdırılmış və faktiki göstəricilərin müqayisə edilməsi;
  • Uçuş heyətinin yorğunluğunun idarə edilməsi siyasəti ilə müəyyən edilmiş təhlükəsizlik tələblərinin yerinə yetirilməsinin təmin edilməsi;
  • Uçuş heyətinin yorğunluğu ilə bağlı risk və təhlükə amillərinin müəyyən edilməsi;
  • Aşkar edilmiş pozuntuların və təhlükəli tendensiyaların müəyyən edilməsi və qrup rəhbərinə təqdim edilməsi;
  • Uçuş heyəti üzvləri tərəfindən daxil olan şikayətlərin, müraciətlərin və iddiaların qeydiyyata alınması və araşdırılması;
  • Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və müvafiq metodologiyanın tətbiq edilməsi;
  • Uçuş heyətinin faktiki iş vaxtına dair aylıq, rüblük və illik statistik məlumatların hazırlanması;
  • Uçuşların təhlükəsizliyi ilə bağlı hadisələrin uçotunun aparılması və məlumatların elektron informasiya sisteminə (İQSMS) daxil edilməsi;
  • Uçuşların İstehsalı İdarəsinin Planlaşdırma şöbəsi tərəfindən yol verilmiş pozuntuların aşkar edilməsi və müvafiq hesabatların hazırlanması;
  • Elektron formatda olan sənədlərə nəzarətin həyata keçirilməsi və onların müəyyən edilmiş standartlara uyğun dövriyyəsinin təmin edilməsi.


Tələblər

  • Təhsil tələbləri: Ali təhsil;
  • Təyyarə bələdçisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Güclü əməkdaşlıq və effektiv ünsiyyət bacarığı;
  • Microsoft Office proqramları üzrə yaxşı biliklər;
  • Azərbaycan və ingilis dillərini sərbəst səviyyədə şifahi və yazılı istifadə etmək bacarığı (rus dili biliyi üstünlükdür);
  • Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Strateji düşünmə və qərarvermə bacarığı.


İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

Vakansiya haqqında

Son tarix

July 17, 2026

Paylaşılıb

iyul 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər