"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Uçuşlar üzrə analitik / Flight Analyst / Revenue Management Department

Uçuşlar üzrə analitik / Flight Analyst / Revenue Management Department

Dünən

620

Təsvir

  • Gündəlik, həftəlik və aylıq uçuş performansını izləyərək gəlir imkanlarını və risklərini müəyyən etmək;
  • Marşrutların rentabelliyini qiymətləndirmək üçün doluluq faizi, gəlirlik və hər oturacaq-kilometr üzrə gəlir (RASK) göstəricilərini izləmək;
  • Menecment üçün müntəzəm performans hesabatları hazırlamaq, analitik nəticələr və tövsiyələr təqdim etmək;
  • Gəlirliliyi və bazar payını artırmaq üçün qiymət strategiyalarını tətbiq etmək və zərurət olduqda tənzimləmək;
  • RM O&D sistemində tarif siniflərini və oturacaq inventarını idarə edərək, O&D tələbinə əsasən seqment məhdudiyyətlərini optimallaşdırmaq;
  • Tələb proqnozlaşdırmasını aparmaq və müxtəlif rezervasiya sinifləri üzrə oturacaq bölgüsünü optimallaşdırmaq;
  • Tarixi məlumatlar, rezervasiya nümunələri və mövsümi dəyişikliklər əsasında overbooking səviyyələrini tənzimləmək;
  • Tələb səviyyələrinin qeyri-proporsional olduğu hallarda tələb komandası ilə birgə işləyərək load factor zəifliyinin qarşısını almaq və spoilage riskini azaltmaq;
  • Eyni zamanda, spillage hallarının qarşısını almaq üçün bazar reaksiyasına əsaslanan geribildirimlər vermək;
  • Satış, Şəbəkə Planlaşdırması, Cədvəlləşdirmə, Qiymətləndirmə və Tələb komandaları ilə sıx əməkdaşlıq edərək qiymət və inventar strategiyalarını uzlaşdırmaq;
  • Yeni marşrutların açılışı, uçuş cədvəllərinin dəyişiklikləri və tutum optimallaşdırılması üzrə analitik dəstək vermək;
  • Overbooking hallarında Əməliyyatlar və Müştəri Xidmətləri komandaları ilə əlaqələndirməni təmin etmək.


Tələblər

  • Təhsil səviyyəsi: Ali
  • Revenue management sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Amadeus O&D, Sabre, PROS və ya oxşar Gəlir İdarəetmə Sistemlərindən istifadə edərək rezervasiya tendensiyalarını izləmək və strategiyaları optimallaşdırmaq.
  • Excel, BI alətləri və analitik hesabat panelləri vasitəsilə məlumatların təhlilini aparmaq və qərar qəbuluna dəstək olmaq;
  • Məlumatların dəqiqliyini təmin etmək və uçuşla bağlı hesabatların və verilənlər bazalarının aktuallığını qorumaq;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Təqdimat bacarıqlar
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).

 

 

 

 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

 

 

Vakansiya haqqında

Son tarix

September 7, 2025

Paylaşılıb

sentyabr 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Digər