"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Aviasiya Texniki Xidmət Texnologiyası üzrə beynəlxalq təhsil proqramı (B1 - Texnik)

Aviasiya Texniki Xidmət Texnologiyası üzrə beynəlxalq təhsil proqramı (B1 - Texnik)

Bu gün

351

Təsvir

Milli Aviasiya Akademiyası Azərbaycan Hava Yolları (AZAL), Silk Way, ADA Universiteti, ABŞ-ın Spartan Aeronavtika və Texnologiya Kolleci və ALG Nəqliyyat şirkəti ilə birgə əməkdaşlıqda ikiillik beynəlxalq təhsil proqramına qəbul elan edir. Proqramı uğurla başa vuran məzunlar Spartan Kolleci tərəfindən Aviasiya Texniki Xidməti Texnologiyası sahəsində diplom əldə etməklə yanaşı, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) Təyyarə Gövdəsi və Mühərriki (Airframe & Powerplant – A&P) üzrə imtahanı verərək beynəlxalq sertifikat qazanırlar.


Proqramın əsas məqsədi Azərbaycanın inkişaf edən aviasiya sektoru üçün yüksək ixtisaslı texniki mütəxəssislər hazırlamaqdır. Proqramın ilk iştirakçıları artıq 16 noyabr 2026-cı il tarixində təhsilə başlamışlar.


Bu təhsil proqramı ingilis dilində, onlayn və əyani tədris formatlarını əhatə etməklə Azərbaycanda və ABŞ-da həyata keçirilir.


Proqramın Strukturu


  • Akademik və peşəkar məqsədlər üçün ingilis dili hazırlığı (10 həftə): İngilis dilində tədris olunan ixtisas proqramına hazırlıq məqsədilə proqram iştirakçılarına ADA Universiteti tərəfindən intensiv akademik ve peşakar ingilis dili proqramı tədris olunur. Bu mərhələnin sonunda iştirakçılar TOEFL imtahanı verməli və minimum 65 bal (3.5 səviyyəsinə uyğun) nəticə əldə etməlidirlər.
  • Nəzəri biliklər komponenti (4–16-cı aylar): İxtisas proqramının ilk 13 ayı ərzində nəzəri dərslər Azərbaycanda, Spartan Kolleci tərəfindən sinxron onlayn formatda tədris olunur. Eyni zamanda, onlayn tədris prosesi Milli Aviasiya Akademiyasında Spartan Kollecinin müəllim heyətinin iştirakı ilə keçirilən əlavə əyani dərslərlə dəstəklənir.
  • ABŞ-da praktiki bilik və bacarıqlar komponenti (17-24-cı aylar): Proqramın son 8 ayında iştirakçılar təhsillərini ABŞ-da, Spartan Kollecində davam etdirərək praktiki bilik və bacarıqlar əldə edir və proqramı yekunlaşdırırlar. FAA A&P sertifikatı üzrə imtahanlara buraxılmaq üçün proqramın həm onlayn, həm də praktiki mərhələlərini uğurla başa vurmaq tələb olunur.
  • İngilis dili proqramının 14 dekabr və ixtisas proqramının isə 15 mart tarixlərində başlaması nəzərdə tutulur.
  • Təhsil haqqı: Təhsil xərcləri tam qarşılanır. İştirakçılar proqrama qəbul olunduqdan sonra AZAL və ya Silk Way-də işlə təmin olunurlar.

Tələblər

  • Tam orta təhsil;
  • Minimum B1 İngilis dili səviyyəsi;
  • Namizədin texniki sahəyə və proqrama marağını izah edən qısa motivasiya məktubu və CV;
  • ABŞ-da 8 aylıq təhsil müddətini əhatə edən etibarlı xarici pasport İngilis dili hazırlıq proqramı başa çatanadək əldə edilməlidir.


Qeyd: Proqram iştirakçıları ABŞ tələbə vizası tələblərini qarşılamalıdır

Vakansiya haqqında

Son tarix

December 5, 2026

Paylaşılıb

noyabr 27, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Digər