Heydər Əliyev adına Beynəlxalq Hava Limanı (Terminal 2), Airport Rd, Azərbaycan
Tam ştat
25-08-2026
1K
Bağlanıb
Təsvir
Aviasiya təhlükəsizliyi və keyfiyyətin idarə olunması sahəsində normativ-hüquqi sənədləri, ISO 9000 standartlarını və texniki tənzimləmə prinsiplərini praktik fəaliyyətdə tətbiq etmək, təhlükəsizlik sisteminin effektivliyini təmin etmək;
Aviasiya təhlükəsizliyi üzrə keyfiyyətə nəzarət proqram və prosedurlarını hazırlamaq və tətbiq etmək, idarə daxilində audit, inspeksiya və monitorinqləri həyata keçirmək;
Yoxlamalar və monitorinqlər nəticəsində aşkar edilmiş pozuntular və uyğunsuzluqlar üzrə araşdırmalar aparmaq, statistik və analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
İdarənin Aviasiya Təhlükəsizlik Proqramının hazırlanmasını, yenilənməsini və icrasını təmin etmək, proqramdan irəli gələn tələblərin yerinə yetirilməsini əlaqələndirmək;
İdarə əməkdaşlarının buraxılış vəsiqələrinin, xüsusi icazələrin və giriş-çıxış rejiminin təşkilini həyata keçirmək, buraxılışların vaxtında yenilənməsini və operativ rəsmiləşdirilməsini təmin etmək;
Şöbə və struktur bölmələrdən gündəlik təhlükəsizlik məlumatlarının toplanmasını təşkil etmək, işə giriş-çıxış vaxtlarının uçotunu aparmaq və müvafiq hesabatları hazırlamaq;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, personalın təlimatlandırılmasını və bilik səviyyəsinin qiymətləndirilməsini həyata keçirmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Minimum 3 il iş təcrübəsi;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)