"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
“AzalOil” YSM İdarəsi / Aviasiya təhlükəsizliyi üzrə mühəndis

“AzalOil” YSM İdarəsi / Aviasiya təhlükəsizliyi üzrə mühəndis

Bu gün

28

Təsvir

  • Aviasiya təhlükəsizliyi və keyfiyyətin idarə olunması sahəsində normativ-hüquqi sənədləri, ISO 9000 standartlarını və texniki tənzimləmə prinsiplərini praktik fəaliyyətdə tətbiq etmək, təhlükəsizlik sisteminin effektivliyini təmin etmək;
  • Aviasiya təhlükəsizliyi üzrə keyfiyyətə nəzarət proqram və prosedurlarını hazırlamaq və tətbiq etmək, idarə daxilində audit, inspeksiya və monitorinqləri həyata keçirmək;
  • Yoxlamalar və monitorinqlər nəticəsində aşkar edilmiş pozuntular və uyğunsuzluqlar üzrə araşdırmalar aparmaq, statistik və analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İdarənin Aviasiya Təhlükəsizlik Proqramının hazırlanmasını, yenilənməsini və icrasını təmin etmək, proqramdan irəli gələn tələblərin yerinə yetirilməsini əlaqələndirmək;
  • İdarə əməkdaşlarının buraxılış vəsiqələrinin, xüsusi icazələrin və giriş-çıxış rejiminin təşkilini həyata keçirmək, buraxılışların vaxtında yenilənməsini və operativ rəsmiləşdirilməsini təmin etmək;
  • Şöbə və struktur bölmələrdən gündəlik təhlükəsizlik məlumatlarının toplanmasını təşkil etmək, işə giriş-çıxış vaxtlarının uçotunu aparmaq və müvafiq hesabatları hazırlamaq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, personalın təlimatlandırılmasını və bilik səviyyəsinin qiymətləndirilməsini həyata keçirmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Minimum 3 il iş təcrübəsi;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).


İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
  • Heydər Əliyev Beynəlxalq Hava Limanı



Vakansiya haqqında

Son tarix

September 5, 2026

Paylaşılıb

avqust 25, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər