Heydər Əliyev adına Beynəlxalq Hava Limanı (Terminal 2), Airport Rd, Azərbaycan
Tam ştat
25-08-2026
870
Bağlanıb
Təsvir
Xüsusi avtomaşınlara və onların aqreqatlarına texniki xidmət göstərilməsini və təmir olunmasını təmin etmək;
Ehtiyat hissələri, alət, avadanlıq və təmir materialları üçün tələbnamələri vaxtında tərtib etmək və onların qeydiyyatına, sərf olunmasına nəzarət etmək;
İcra edilmiş texniki xidmət və təmir işlərinin qeydiyyatını aparmaq, xüsusi avtomaşınların texniki xidmətdən və təmirdən vaxtında çıxarılmasını təmin etmək;
Sürücü heyətini xəttə çıxan zaman təlimatlandırmaq, xəttə çıxan və xəttdən qayıdan zaman xüsusi avtomaşınların yanacaq tanklarında YSM qalığını, spidometri və motosaat sayğaclarının göstəricilərini şəxsən yoxlamaq;
Xüsusi avtomaşınları xəttə buraxmazdan əvvəl onların texniki vəziyyətini yoxlamaq, avtomaşınların nazaslığı haqqında yol vərəqəsi və formulyarlarda müvafiq qeydlər etmək;
Xüsusi avtomaşınların istismarı və təmiri zamanı əməyin təhlükəsizliyi tələblərinə sürücü heyətinin riayət etməsinə ciddi nəzarət etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Minimum 3 il iş təcrübəsi;
BC kateqoriyalar üzrə sürücülük vəsiqəsi;
Avtomobillərin təmiri sahahəsində geniş nəzəri bilik və praktiki təcrübəyə malik olmaqla yanaşı, avtomobilin hissə və konstruksiyası haqqında əsaslı məlumatlı olaması, eləcə də sükan mexanizimi, sürətlər qutusu, aparıcı körpü və qabaq-asqı mexanizimlərin təmiri üzrə peşəkar bilik və praktiki bacarıqlara malik olması;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yüksək).