"Azərbaycan Hava Yolları" QSC

BMS operatoru

08-12-2025

1.2K

Təsvir

  • BMS (Building Management System) vasitəsilə Terminal 1-də yerləşən havalandırma və işıqlandırma avadanlıqlarının işini real vaxt rejimində izləmək və sistem parametrlərinin stabil fəaliyyətini təmin etmək;
  • Terminal daxilində hava dövriyyəsinin, temperatur balansının və ümumi havalandırma keyfiyyətinin beynəlxalq hava limanı standartlarına uyğun səviyyədə saxlanılması üçün sistem göstəricilərini mütəmadi analiz etmək;
  • İşıqlandırma sisteminin yüklənmə səviyyələrini və işıqlandırma zonalarının düzgün işləmə ardıcıllığını BMS paneli üzərindən nəzarətdə saxlamaq;
  • Havalandırma və işıqlandırma sistemlərində baş verən hər bir dəyişiklik, xəbərdarlıq və nasazlıq barədə operativ məlumatlanmaq, problemin səbəbini ilkin şəkildə qiymətləndirmək və aidiyyəti texniki qruplara yönləndirmək;
  • Sistemlərin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək məqsədilə BMS məlumatlarını şərh etmək, riskləri vaxtında müəyyənləşdirmək və operativ tədbirlərin görülməsinə dəstək olmaq;
  • Terminalın ümumi əməliyyat fəaliyyətinin optimallaşdırılması üçün havalandırma və işıqlandırma indikatorlarının gündəlik monitorinqini aparmaq və zəruri hallarda müvafiq həllər təklif etmək;
  • Texniki xidmət və mühəndislik komandası ilə sıx əməkdaşlıq edərək planlı və fövqəladə müdaxilə proseslərində koordinasiyanı təmin etmək.

Tələblər

  • Orta təhsil;
  • Azərbaycan dili səlis kommunikasiya qurmaq bacarığı;
  • Müvafiq sahə üzrə 1 il təcrübəsi;
  • Çoxsaylı tapşırıqları yerinə yetirmək və sürətli iş mühitində işləmək bacarığı;
  • Analitik düşünmə və əməliyyatların optimallaşdırılması qabiliyyəti;
  • Güclü ünsiyyət və problem həll etmə bacarıqları;
  • Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşma bacarığı;
  • Komandada işləmək bacarığı.


İş qrafiki: Növbəli;

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

December 14, 2025

Paylaşılıb

dekabr 8, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Digər