İnteqrasiya edilmiş məlumatların dəqiqliyini, tamlığını, ardıcıllığını və etibarlılığını qiymətləndirmək;
Məlumatların yoxlanılması üçün test ssenariləri hazırlamaq və icra etmək;
Müxtəlif məlumat mənbələrindən daxil olan məlumatların keyfiyyətini qiymətləndirmək, uyğunsuzluqları müəyyənləşdirmək və araşdırmaq;
Məlumat keyfiyyəti qaydalarını (Data Quality Rules) hazırlamaq, tətbiq etmək və monitorinqini aparmaq;
Məlumat keyfiyyəti problemlərinin kök səbəblərini (Root Cause) araşdırmaq və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
Məlumatların təmizlənməsi, standartlaşdırılması və təkrarlanan məlumatların aşkarlanması üzrə avtomatlaşdırma həllərinin tətbiqində iştirak etmək;
Məlumat axınlarını, transformasiya mərhələlərini və inteqrasiya məntiqini anlamaq və təsdiqləmək məqsədilə IT, inteqrasiya və biznes komandaları ilə əməkdaşlıq etmək;
Məlumat keyfiyyəti üzrə prosesləri, qaydaları, test ssenarilərini və nəticələri sənədləşdirmək;
Məlumat keyfiyyətinin ölçülməsi üçün müvafiq göstəricilərin (Data Quality Metrics) müəyyən edilməsi, monitorinqi və hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
Müvafiq sahə üzrə bakalavr təhsili;
Məlumatların idarə edilməsi, məlumat analitikası və ya əlaqəli sahələr üzrə minimum 1 il iş təcrübəsi;
Məlumat keyfiyyəti (Data Quality) prinsipləri və məlumatların yoxlanılması prosesləri haqqında anlayış;
SQL üzrə biliklər;
Python və ETL prosesləri haqqında anlayış;
MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1) bilmək;