Məlumatların toplanması və hazırlanması: Python vasitəsilə müxtəlif mənbələrdən (API, fayllar, verilənlər bazaları) məlumatların toplanmasında iştirak etmək, ilkin təmizləmə və strukturlaşdırma proseslərini icra etmək;
Məlumatların köçürülməsi: Mövcud ETL proseslərindən istifadə edərək məlumatların mənbə sistemlərdən hədəf sistemlərə ötürülməsini təmin etmək və proseslərin düzgün işləməsinə nəzarət etmək;
Avtomatlaşdırma dəstəyi: ETL və məlumat köçürülməsi proseslərinin avtomatlaşdırılmasında iştirak etmək və mövcud skriptlərin dəstəklənməsini təmin etmək;
Data pipeline-larla iş: Mövcud data pipeline və data flow-ların işlək vəziyyətdə saxlanmasına dəstək olmaq, dəyişikliklər və optimallaşdırmalar həyata keçirmək;
Verilənlər bazası əməliyyatları: SQL sorğuları yazmaq, məlumatların əlavə olunması, yenilənməsi və silinməsi üzrə əməliyyatları icra etmək;
Məlumat keyfiyyətinin yoxlanılması: Məlumatların düzgünlüyünü və bütövlüyünü yoxlamaq, aşkar olunan problemlərin aradan qaldırılmasında iştirak etmək;
Monitorinq və problemlərin həlli: Data pipeline və ETL proseslərində yaranan xətaları izləmək və onların aradan qaldırılmasına dəstək göstərmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Data Mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi;
Tələb olunan Proqram Bilikləri: Python,MSSQL,Oracle SQL ,ETL tools ;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( orta texniki)
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)