Kağız və rəqəmsal formatda FCOM, QRH, AOM, MEL, W&B və FM texniki sənədlərinin əldə olunmasına, hazırlanmasına və idarə edilməsinə nəzarət etmək;
Təyyarələrdə istifadə olunan texniki sənədlərin yenilənməsi prosesini koordinasiya etmək və bu istiqamətdə zəruri tədbirləri həyata keçirmək;
Embraer tipli hava gəmilərində istifadə olunan elektron daşıyıcılardakı proqram təminatının idarə edilməsinə nəzarət etmək;
Texniki sənədlər üzrə kitabxana fəaliyyətinin təşkilini, yenilənməsini və monitorinqini təmin etmək;
Yeni istismara qəbul edilən hava gəmiləri üçün tələb olunan qanuni sənədlərin hazırlanmasını və xüsusi icazələrin alınmasını koordinasiya etmək;
Təyyarələrə aid qanuni sənədlərin qüvvədə olma müddətlərini izləmək və onların vaxtında yenilənməsini təmin etmək;
Təyyarələrdə mövcud qanuni sənədlərin mütəmadi yoxlanılmasını həyata keçirmək və köhnəlmiş və ya etibarlılıq müddəti bitmiş sənədləri müəyyən edərək yenilənməsini təmin etmək;
İngilis dilində yayımlanan cari texniki və əməliyyat məlumatlarını izləmək, təhlil etmək və müvafiq mütəxəssislərə operativ şəkildə çatdırmaq;
Şöbə rəisinin verdiyi tapşırıq və göstərişləri müəyyən edilmiş müddətdə və tam şəkildə yerinə yetirmək.
Tələblər
Təhsil: Bakalavr dərəcəsi (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir);
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla;
Kompüter bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Danışıqların aparılması və effektiv kommunikasiya bacarığı;