Fraud Araşdırmaları üzrə Mütəxəssis kimi, Namizəd şirkət daxilində fraud və qanunsuz hərəkətlərlə bağlı araşdırmaları aparacaq. Bu vəzifə, məlumat toplamaq, təhlil etmək, müsahibələr aparmaq və dəqiq araşdırma hesabatları təqdim etməkdən ibarətdir.
Vəzifə öhdəlikləri:
- Məxfilik və dürüstlük prinsiplərini əsas tutmaqla fraud halları üzrə araşdırmalar aparmaq və pozuntu hallarını idarə etmək;
- Fraud Araşdırmaları Proseduruna uyğun olaraq obyektiv müsahibələr aparmaq;
- İnsidentlərin qeydiyyatını aparmaq və görülən tədbirlərin irəliləyişini izləmək;
- “Speak-up” kanalı vasitəsilə bildirlən narahatlıqların həllini təmin etmək;
- Komplayens Şöbəsinin rəhbərinə araşdırma hesabatlarını vaxtında təqdim etmək;
- Fraud hallarını aşkar etmək üçün müvafiq məlumat təhlili vasitələrindən və proqram təminatlarından istifadə etmək.