"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Gəlirlərin idarə edilməsi üzrə mütəxəssis

Gəlirlərin idarə edilməsi üzrə mütəxəssis

14-04-2025

604

Təsvir

İşin qısa təsviri:

 

  • Mütəxəssis, ona həvalə edilən uçuşların effektivliyinin artırılması üçün, onun istifadəsində olan alətlər vasitəsi ilə tədbirlər planı həyata keçirmək;
  • Formlaşan tələb və təklif, rəqiblərin addımlarından asılı olaraq, dinamik qiymət təyin etmə prosesində yaxından, birbaşa iştirak etmək;
  • RASK,spilage, spolage, overbooking və digər göstəricilərin yüksək olmasına nəzərət etmək;
  • Komanda ilə birgə strateji planların işləməsində yaxından iştirak etmək;
  • Cavabdehliyində olan uçuşlar baradə birbaşa rəhbərə, toplantılar zamanı isə üst rəhbərliyə məruzələr, təqdimatlar hazırlayaraq, təqdim etmək.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:


  • Təhsil səviyyəsi: Ali
  • Gəlirlərin idarə edilməsi sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Təqdimat bacarıqlar
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).

 

 

 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

April 27, 2025

Paylaşılıb

aprel 14, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər