"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Hüquq məsələləri üzrə ekspert

Hüquq məsələləri üzrə ekspert

Bu gün

12

Təsvir

  • Şirkətin daxili korporativ sənədlərinin (prosedurlar, təlimatlar, qaydalar, əsasnamələr və s.) qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
  • Daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək, bu istiqamətdə müvafiq dövlət orqanları (qurumları) ilə hüquqi kommunikasiyanı həyata keçirmək;
  • Əmək hüququ məsələləri üzrə struktur bölmələrə hüquqi dəstək göstərmək, işçilərin intizam məsuliyyətinə cəlb edilməsinin hüquqi əsaslarını əmək qanunvericiliyinin tələbləri baxımından qiymətləndirmək və hüquqi riskləri müəyyənləşdirmək;
  • Dövlət orqanları (qurumları) tərəfindən təqdim edilən normativ hüquqi akt layihələrini hüquqi ekspertizadan keçirmək, rəy və təkliflər hazırlamaq, zəruri hallarda normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək;
  • Dövlət orqanlarından (qurumlarından), hüquqi və fiziki şəxslərdən daxil olan müraciət, məktub və sorğuların hüquqi baxımdan cavablandırılmasını təmin etmək, digər struktur bölmələr tərəfindən hazırlanmış cavab layihələrinə hüquqi rəy vermək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək və aidiyyəti struktur bölmələrə hüquqi dəstək göstərmək;
  • Qrupun fəaliyyət istiqamətləri üzrə şirkətin struktur bölmələrinə hüquqi məsləhət vermək;
  • Əmək, inzibati və cinayət-hüquqi mübahisələr üzrə şirkətin mediasiya təşkilatlarında və bütün instansiya məhkəmələrində təmsil olunmasını təmin etmək, şirkətin hüquq və qanuni mənafelərini müdafiə etmək. 


Tələblər

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Hüquq sahəsində minimum 5 il peşəkar iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini yüksək, rus dilini orta səviyyədə bilmək
  • Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
  • Əmək qanunvericiliyi, korporativ hüquq və normativ hüquqi aktlarla işləmək üzrə dərin biliklər;
  • Hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertiza və hüquqi rəylərin verilməsi üzrə praktik təcrübə;
  • Dövlət orqanları və digər maraqlı tərəflərlə peşəkar ünsiyyət və yazışma aparmaq bacarığı;
  • Analitik düşünmə, hüquqi təhlil və hüquqi risklərin qiymətləndirilməsi bacarığı;
  • Qərarvermə və problem həll etmə bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması bacarığı;
  • Komandada səmərəli işləmək və dəyişikliklərə çevik uyğunlaşmaq bacarığı;
  • Yüksək məsuliyyət hissi, etik davranış prinsiplərinə sadiqlik və nəticəyönümlülük.


İş qrafiki: 5 günlük


Vakansiya haqqında

Son tarix

July 26, 2026

Paylaşılıb

iyul 22, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

career-levels.undefined

Kateqoriya

Digər