"Azərbaycan Hava Yolları" QSC

Hüquq Məsləhətçisi

Bu gün

18

Təsvir

  • Müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və razılaşdırılmasını həyata keçirmək;
  • Struktur bölmələr tərəfindən daxil olan hüquqi məsələləri araşdırmaq və qanunvericiliyə uyğun hüquqi rəylər hazırlamaq;
  • Dövlət qurumları və digər təşkilatlarla hüquqi yazışmaları hazırlamaq və icra etmək;
  • Şirkətin məhkəmələrdə, dövlət orqanlarında və digər təşkilatlarda maraqlarını təmsil etmək;
  • Məhkəmə işlərini idarə etmək, iddia ərizələri, etirazlar, vəsatətlər və digər prosessual sənədləri hazırlamaq;
  • Hüquqi mübahisələr üzrə strategiyanın hazırlanmasında və icrasında iştirak etmək;
  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsinə dəstək göstərmək;
  • Hüquqi riskləri müəyyən etmək, qiymətləndirmək və onların minimallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək.


Tələblər

  • Hüquq ixtisası üzrə bakalavr təhsili;
  • Hüquq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək, rus dili biliyinin orta səviyyədə olması üstünlük hesab olunur.
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Təqdimat bacarığı;
  • Komandada effektiv işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və etik iş prinsiplərinə sadiq olmaq.


İş qrafiki: 5 günlük


Vakansiya haqqında

Son tarix

July 29, 2026

Paylaşılıb

iyul 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər