"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
İnformasiya texnologiyaları xidmətləri üzrə mütəxəssis / İnformasiya Texnologiyaları İdarəsi

İnformasiya texnologiyaları xidmətləri üzrə mütəxəssis / İnformasiya Texnologiyaları İdarəsi

Bu gün

21

Təsvir

  • İnsidentlərin idarə edilməsi prosesini dəstəkləmək və təkmilləşdirmək; eskalasiya matrislərini idarə etmək;
  • SLA tələblərinə uyğunluğu təmin etmək; P1/P2 səviyyəli insidentlərin koordinasiyasını həyata keçirmək.
  • Problemlərin idarə edilməsi – Kök Səbəb Analizinin (Root Cause Analysis) və Məlum Xətalar Bazasının (Known Error Database) koordinasiyasını təmin etmək; sistem səviyyəsində davamlı təkmilləşdirmələri təşviq etmək;
  • Dəyişikliklərin idarə edilməsi – RFC və CAB proseslərinin təkmilləşdirilməsi; dəyişiklik risklərinin qiymətləndirilməsi; istehsal mühitinə təsirin idarə olunması;
  • Konfiqurasiya Bazalarının idarə edilməsi – CMDB-ni qurmaq və idarə etmək; məlumatların yenilənməsi prosedurlarını hazırlamaq və tətbiq etmək.
  • Xidmət səviyyəsinin idarə edilməsi – SLA sənədlərini hazırlamaq; uyğunluğa nəzarət etmək;
  • Xidmət Səviyyəsi Hesabatlarını hazırlamaq və təkmilləşdirmək.
  • Rəqəmsal xidmətlər, məlumat və texnologiya üzrə idarəetmə – siyasət və prosedurlar hazırlamaq; COBIT 2019 uyğunluq (gap analizini aparmaq; ISO auditlərinə hazırlıq işlərini koordinasiya etmək;
  • IT Xidmət Kataloqunu hazırlamaq və aktuallığını qorumaq (xidmətlər, SLA-lar, məsul şəxslər);
  • Proses İcmallarını (Process Reviews) və İnsidentdən Sonrakı Təhlilləri (Post-Incident Reviews – PIR) təşkil etmək və koordinasiya etmək;
  • Proseslər və xidmətlər üzrə İT risk reyestrini idarə etmək; risklərin azaldılması tədbirlərinin icrasını izləmək

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili, Rus dili orta.


Vakansiya haqqında

Son tarix

August 22, 2026

Paylaşılıb

avqust 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik