"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Mühafizə Xidməti/ Mühafizə üzrə inspektor

Mühafizə Xidməti/ Mühafizə üzrə inspektor

Bu gün

598

Təsvir

  • Hava gəmilərinin və mühafizə olunan ərazilərin təhlükəsizliyini təmin etmək, müəyyən edilmiş marşrutlar üzrə patrul xidməti həyata keçirmək;
  • Hava gəmilərinə giriş-çıxışa nəzarət etmək, personalın və ekipaj üzvlərinin buraxılış sənədlərini yoxlamaq;
  • Aşkar edilmiş pozuntular, şübhəli şəxslər və hallar barədə dərhal növbə rəisinə məlumat vermək;
  • Hava gəmilərinin uçuşa hazırlıq prosesində iştirak etmək və müəyyən edilmiş təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Postun təhvil-təslimi zamanı mühafizə olunan ərazinin və avadanlıqların vəziyyətini yoxlamaq, aşkar edilmiş çatışmazlıqlar barədə müvafiq tədbirlər görmək;
  • Xidmət sənədlərini müəyyən edilmiş qaydada aparmaq və post xidmətinin rejiminə riayət etmək;
  • Fövqəladə hallar zamanı ilkin təhlükəsizlik tədbirlərini həyata keçirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına riayət etmək.

Tələblər

  • Orta təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla) , ingilis dili (orta), əlavə xarici dil biliyi üstünlük hesab edilir;
  • Məhkumluq və zərərli vərdişlərin olmaması;
  • Psixoloji və fiziki cəhətdən sağlam;
  • Həqiqi hərbi xidmət keçmiş;
  • 20-35 yaş arası qadın və kişi namizədlər;
  • Boy göstəriciləri: kişi namizədlər üçün 1.75 sm, qadın namizədlər üçün 1.65 sm az olmamalı);
  • Məsuliyyətli, detallara qarşı diqqətli, çalışqan;
  • Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

 

Əlavə iş şərtləri:

  • İş rejimi: Növbəli;
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Geyim üslubu: Xüsusi geyim forması.

Vakansiya haqqında

Son tarix

November 10, 2026

Paylaşılıb

noyabr 6, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Xidmət sahələri