"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Mühəndis istehsalat şöbəsi - Mütəxəssis

Mühəndis istehsalat şöbəsi - Mütəxəssis

13-09-2024

1.9K

Təsvir

  • AZAL QSC-də istismar olunan elektron avadanlıqların və kommunikasiya xətlərinin dislokasiyasını (yerləşmə zonaları və əraziləri) mükəmməl bilməli;
  • Maddi və qeyri-maddi aktivlər üzrə İT Xidmətlər Kataloqunda Mühəndis istehsalat şöbəsinin mütəxəssisi üçün qeyd edilmiş digər tapşırıqları icra etmək;
  • Elektron avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək, mövcud avadanlıqların işlək fəaliyyətini təmin etmək, avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ sürətdə aradan qaldırmaq və bu barədə rəhbərliyə məlumat verməli;
  • Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı;
  • Elektron avadanlıqların (Yanğından mühafizə sistemi, sviç, access point, səsləndirmə, informasiya monitor və komputerləri, elektron tərəzi və qapilar, UPS-lər və s.) texniki vəziyyətinin istismara uyğunluğuna nəzarət etmək, sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunması barədə texniki sənədləşmə aparmaq;
  • Avadanlıqların düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması və təmiri;
  • Yeni ofis binaları üçün texniki layihələrin və sxemlərin hazırlanmasında iştirak etmək.

Tələblər

  • Ali təhsil;
  • İş təcrübəsi: Minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan və rus dilləri;
  • Üsiyyət Bacarıqları (Yazılı və Şifahi);
  • Danışıqların Aparılması Bacarığı;
  • Problemi Həll etmə Bacarığı;
  • Təqdimat Bacarıqları;
  • Öyrənmə Qabiliyyəti;
  • İşə Uyğunlaşma Qabiliyyəti;
  • Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
  • Komandada İşləmə Bacarığı.


İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur.

Vakansiya haqqında

Son tarix

sentyabr 27, 2024

Paylaşılıb

sentyabr 13, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik