Heydər Əliyev adına Beynəlxalq Hava Limanı (Terminal 2), Airport Rd, Azərbaycan
Tam ştat
24-08-2026
1.8K
Bağlanıb
Təsvir
Müntəzəm və qeyri-müntəzəm uçuşlar üçün eniş, havaməkanından keçid icazəsi və digər zəruri uçuş icazələrinin vaxtında alınmasını təmin etmək;
Xarici mülki aviasiya orqanları, hava limanları və slot koordinatorları ilə operativ əlaqələndirməni həyata keçirmək;
Hava limanı slotlarının sorğularını hazırlamaq, onların alınmasını, dəyişdirilməsini, ləğvini və monitorinqini həyata keçirmək;
Çarter və digər xüsusi təyinatlı uçuşların təşkili və əlaqələndirilməsini təmin etmək;
Uçuş cədvəlində baş verən dəyişikliklərə uyğun olaraq uçuş icazələri və slotların operativ idarə olunmasını təmin etmək;
Beynəlxalq aviasiya qaydalarına, və milli qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;
Uçuş icazələri, slotlar və çarter əməliyyatları üzrə uçotun aparılmasını və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Uçuş icazələrinin və hava limanı slotlarının təmin edilməsi məqsədilə şirkətin digər struktur bölmələri ilə koordinasiya və qarşılıqlı əlaqəni həyata keçirmək.
Tələblər
Təhsil səviyyəsi: Ali;
Şəbəkə və cədvəl planlaşdırma sahəsində minimum 1-2 il iş təcrübəsi;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Təqdimat bacarıqları;
Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
Danışıqların aparılması bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yaxşı).