"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Müştəri təcrübəsi layihələri üzrə aparıcı mütəxəssis

Müştəri təcrübəsi layihələri üzrə aparıcı mütəxəssis

Bu gün

415

Təsvir

  • Yeni məhsul və xidmətlərin tətbiqi, mövcud xidmətlərin inkişafı və infrastrukturların təkmilləşdirilməsi daxil olmaqla, bütün əsas müştəri təcrübəsi (CX) layihələrinin konsepsiya mərhələsindən tətbiqinə qədər hazırlanması və icrasına rəhbərlik etmək;
  • Müştəri təcrübəsi təşəbbüslərinin ideya yaranmasından, biznes əsaslandırmasının hazırlanmasından başlayaraq icraya və nəticələrin monitorinqinə qədər olan bütün mərhələlərini idarə etmək;
  • İnnovativ müştəri təcrübəsi trendlərini, texnologiyalarını və beynəlxalq ən yaxşı təcrübələri müəyyən etmək məqsədilə davamlı olaraq beynəlxalq benchmarking və tədqiqat işləri aparmaq;
  • Yeni və ya təkmilləşdirilmiş məhsul və xidmətlər üçün maliyyə təhlilləri, qiymət modelləri və gəlir proqnozları hazırlamaq;
  • Uçuşdaxili əyləncə sponsorluqları, əlavə gəlir mənbələri və rəqəmsal məhsul təklifləri daxil olmaqla, müştəri təcrübəsi sahəsində monetizasiya strategiyalarını və tərəfdaşlıq modellərini dəstəkləmək;
  • Müştəri təcrübəsi strategiyasına uyğunluğunu təmin etmək məqsədilə rəqəmsal və uçuşdaxili əyləncə (IFEC) ilə bağlı layihələrin istiqamət və əhatə dairəsinin müəyyənləşdirilməsində iştirak etmək;
  • Uğurlu layihə təhvilini təmin etmək üçün aidiyyəti şöbələrlə (İT, kommersiya, marketinq, əməliyyat və s.) sıx əməkdaşlıq etmək;
  • Şöbənin strateji planlaşdırılmasına, büdcə hazırlanmasına, müqavilələrin strukturlaşdırılmasına və daxili performans hesabatlarının hazırlanmasına töhfə vermək.


Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Layihələrin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Aviasiya sahəsində təcrübəsi üstünlükdür;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • İdarəetmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).

 

 

 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

August 22, 2025

Paylaşılıb

avqust 13, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər