
Dünən
355
Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-3) kursları” na qəbul elan edir.
Proqram haqqında qısa məlumat:
"Hava gəmilərinə (təyyarələrə) texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-3) kursları" Azərbaycan Aviasiya Qaydalarının (AAQ-147 və AAQ-66) tələblərinə uyğun olaraq təşkil ediləcəkdir.
Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara, AAQ-147 tələblərinə uyğun fəaliyyət göstərən "Texniki xidmət üzrə Təlim təşkilatı" tərəfindən Tanınma Sertifikatı təqdim ediləcəkdir. “Tanınma Sertifikatı” almış şəxslər Azərbaycan Hava Yolları QSC-də müvafiq peşə kateqoriyaları üzrə işlə təmin olunacaqlar. İş təcrübəsi və ixtisas səviyyəsinə uyğun olaraq, həmin şəxslər gələcəkdə "Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi"ni də əldə edə biləcəklər.
Proqramın müddəti: 9–12 ay (keçiriləcəyi ünvan: Bakı, Milli Aviasiya Akademiyası)
Proqramı bitirdikdən sonra iş yeri: Qəbələ BHL
Tədris dili: İngilis dili
Qeyd: Tələblərə cavab verən namizədlərin İngilis dili, Fizika və Riyaziyyat üzrə bilikləri imtahan vasitəsilə yoxlanılacaq. İmtahandan uğurla keçən namizədlər Aviasiya mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə ediləcəklər. Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər proqrama cəlb ediləcəklər.
Son tarix
January 30, 2026
Paylaşılıb
yanvar 8, 2026
Vakansiya növü
Tam ştat

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ● Bakı, Azərbaycan
Bu gün
30

AzəriMed QSC ● Bakı, Azərbaycan
Bu gün
9.1K

"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
Bu gün
258

"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
Bu gün
227

"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
Bu gün
167