“AZAL” QSC-nin hava limanlarına yerinə yetiriləcək uçuşlar üzrə daxil olan hava gəmilərinin enmə sorğularını qəbul etmək, yoxlamaq və razılaşdırmaq;
Hava gəmilərinin enməsi üçün əvvəlcədən tələb olunan razılaşdırma prosesini həyata keçirmək və uçuşların koordinasiyasını təmin etmək;
Hava gəmilərinin hərəkət cədvəli və cədvəldə baş verən dəyişikliklər barədə “AZAL” QSC-nin aidiyyəti struktur bölmələrini, məsul şəxslərini, habelə müvafiq xidmət göstərən agentləri, onların müəssisə və filiallarını operativ şəkildə məlumatlandırmaq;
Hava gəmilərinin sutkalıq uçuş planına əlavə və dəyişikliklər daxil etmək, məlumatların düzgünlüyünü və aktuallığını yoxlamaq;
Hava gəmilərinin enmə sorğularını “AZAL” QSC-nin aidiyyəti struktur bölmələri, aeroport ərazisində fəaliyyət göstərən xidmətlər, agentlər, onların müəssisə və filialları ilə razılaşdırmaq;
Uçuşların planlaşdırılması və icrası ilə bağlı məlumatların dəqiqliyini təmin etmək, aidiyyəti tərəflər arasında operativ informasiya mübadiləsini həyata keçirmək;
Razılaşdırılmış uçuşlarla bağlı sənədləşdirməni aparmaq və müəyyən edilmiş prosedurlara uyğun uçotun aparılmasını təmin etmək.
Tələblər
Təhsil səviyyəsi - Bakalavr;
Minimum 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili (sərbəst);
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
Danışıqların aparılması bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Word, Excel – əla səviyyədə).