"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Satınalma şöbəsi üzrə aparıcı mütəxəssis

Satınalma şöbəsi üzrə aparıcı mütəxəssis

Bu gün

24

Təsvir

  • Təchizatçıların Cəmiyyətin daxili prosedur, qayda və tələblərinə, etik prinsiplərə və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;
  • Satınalma prosesləri üzrə büdcə vəsaitlərinin təsdiqləndiyindən əmin olmaq;
  • Cəmiyyətin dəyərlərini və missiyasını paylaşan təchizatçılarla əməkdaşlığın qurulmasını təmin etmək;
  • Bazar araşdırmaları apararaq Cəmiyyətin meyarlarına uyğun potensial təchizatçıları müəyyənləşdirmək və müvafiq təkliflər hazırlamaq;
  • Satınalma tələblərinin, eləcə də mal/material, iş və xidmətlərin texniki spesifikasiyalarının müəyyənləşdirilməsi üçün sifarişçilər və büdcə sahibləri ilə koordinasiya aparmaq;
  • Cəmiyyətin illik satınalma planının hazırlanmasında iştirak etmək;
  • Sifarişçiləri və büdcə sahiblərini bazar imkanları, rəqabət mühiti və əsas təchizatçılar barədə məlumatlandıraraq optimal qərar qəbuluna dəstək olmaq;
  • İllik satınalma planının düzgün və effektiv hazırlanması üçün sifarişçilərə metodoloji dəstək göstərmək;
  • Satınalma planında nəzərdə tutulan mal/material, iş və xidmətlərin düzgün təsnifatlandırılmasını və detallı qeydiyyatının aparılmasını təmin etmək;
  • Təchizatçı siyahısını mütəmadi olaraq yeniləmək və aktuallığını qorumaq;
  • Satınalma təşəbbüskarını təchizatçı axtarışı, seçim və müqavilə danışıqları prosesləri barədə məlumatlandırmaq və prosesə cəlb etmək;
  • Təchizatçılar və daxili sifarişçilər arasında əlaqələndirici şəxs qismində çıxış edərək satınalma ilə bağlı məsələlərin həllini təmin etmək;
  • Cəmiyyətin struktur bölmələri tərəfindən mal/materialların istifadəsinə nəzarət etmək, istifadə normaları ilə faktiki göstəriciləri analiz etmək;
  • İstifadə olunmamış mal-materialların aşkar edilməsi və səmərəli istifadəsi ilə bağlı təkliflər vermək;
  • Texniki materialların anbarlarda düzgün saxlanılmasına nəzarət etmək;
  • Anbarda mal/materialların inventarizasiya prosesinə nəzarət etmək;
  • Peşəkar bilik və bacarıqları davamlı olaraq inkişaf etdirmək.

Tələblər

  • Təhsil: Ali Təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla;
  • Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yüksək səviyyədə bilmək;
  • Sahə üzrə iş təcrübəsi minimum 3 il;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Analitik təhlil etmə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı.

 

 

İş qrafiki: 5 günlük

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

May 4, 2026

Paylaşılıb

aprel 28, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər