"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Satış və Əməkdaşlıq İdarəsi/Agentliklərlə iş üzrə satış mütəxəssisi

Satış və Əməkdaşlıq İdarəsi/Agentliklərlə iş üzrə satış mütəxəssisi

Bu gün

234

Təsvir

  • Satış strategiyalarının hazırlanmasını və həyata keçirilməsini dəstəkləmək;
  • Xarici ve yerli tərəfdaşlarla əlaqələr qurmaq və saxlamaq;
  • Bazarlarda inkişaf imkanlarını müəyyən etmək üçün bazar tendensiyaları və müştəri üstünlüklərini təhlil etmək;
  • Tətəfdaşlar üçün promosyon kampaniyalarının hazırlanmasında marketinq və satış komandaları ilə əməkdaşlıq etmək;
  • Tərəfdaşlarla müqavilələrin və razılaşmaların idarə olunmasına yardım etmək;
  • Satışların fəaliyyəti və bazar şərtləri barədə mütəmadi məlumatları Yerli Satış Rəhbərinə təqdim etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr)
  • Satış və ya müştəri idarəçiliyi sahəsində ən azı 2 illik təcrübə.
  • Aviasiya üzrə praktiki biliklər: IATA qaydaları, GDS sistemləri, bronlaşdırma prosesi;
  • Satış bacarıqları ilə yanaşı, bronlaşdırma və tarif siyasəti üzrə anlayış;
  • Məlumatları aydın və anlaşıqlı şəkildə təqdimetmə və hesabat hazırlama bacarığı;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Rəqəmlərlə işləmək bacarığı, təqdimat bacarıqları;
  • Microsoft Office proqramları – PowerPoint (yüksək), MS Excel, MS Word, PowerBi proqramı;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis (yüksək), Rus dili (üstünlükdür).

Vakansiya haqqında

Son tarix

September 27, 2025

Paylaşılıb

sentyabr 23, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Satış və müştəri xidmətləri