"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Satış və Əməkdaşlıq İdarəsi/Biznes Əməliyyatları üzrə Mütəxəssis

Satış və Əməkdaşlıq İdarəsi/Biznes Əməliyyatları üzrə Mütəxəssis

Bu gün

20

Təsvir

  • Biznes proseslərinin qurulması, optimallaşdırılması və vahid yanaşma əsasında idarə olunmasını təmin etmək;
  • Proses sahibliyi (Process Ownership) çərçivəsində standartların tətbiqinə və icrasına nəzarət etmək;
  • Satış, Maliyyə, İT və Hüquq komandaları ilə birgə çoxfunksiyalı layihələri koordinasiya və idarə etmək;
  • Satış planlaşdırılması üzrə proseslərin, nəzarət mexanizmlərinin və əməliyyatların effektiv icrasını təmin etmək;
  • Biznes proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması layihələrini idarə etmək;
  • Layihələrin planlaşdırılması, icra müddətləri, resurslar və risklərin idarə olunmasını həyata keçirmək;
  • Biznes tələblərini toplamaq, texniki tapşırıqlar və prosedurlar hazırlamaq, onların icrasına nəzarət etmək;
  • Dəyişikliklərin idarə olunması (Change Management) prosesini və istifadəçi kommunikasiyasını təşkil etmək;
  • Komanda fəaliyyətini izləmək, əməliyyat səmərəliliyini və müştəri məmnuniyyətini artırmağa yönəlmiş təşəbbüslər həyata keçirmək.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Biznes proseslərinin idarə olunması, optimallaşdırılması və layihələrin koordinasiyası sahəsində praktiki təcrübə;
  • Project Management və Change Management yanaşmaları üzrə biliklər;
  • Biznes tələblərinin toplanması, proseslərin sənədləşdirilməsi və texniki tapşırıqların hazırlanması bacarığı;
  • Trello, ClickUp, Jira, Confluence, BPMN alətləri və CRM sistemləri ilə işləmə təcrübəsi;
  • MS Excel, Word, PowerPoint və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;


İş qrafiki:

  • 5 günlük.

 

İş yeri:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

July 23, 2026

Paylaşılıb

iyul 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik