"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Şöbə rəhbəri / Texniki dəstək şöbəsi

Şöbə rəhbəri / Texniki dəstək şöbəsi

Bu gün

188

Təsvir

  • Helpdesk komanda üzvlərinin təlimi, inkişafı və vəzifə öhdəliklərinə uyğun olaraq iş bölgüsünün həyata keçirilməsi;
  • Servicedesk üzərindən daxil olan sorğuların təhlili və hesabatların hazırlanması;
  • İstifadəçi sorğularının düzgün analiz edilməsi, təsdiqlənməsi və ya əsaslandırılmış şəkildə ləğv edilməsi;
  • Texniki Dəstək şöbəsinin gündəlik fəaliyyətini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq
  • Şöbənin məqsədlərinə uyğun hədəflər təyin etmək və onların yerinə yetirilməsini izləmək;
  • SLA (Service Level Agreement) öhdəliklərinə riayət olunmasına nəzarət etmək;
  • Texniki dəstək proseslərinin standart əməliyyat prosedurlarına uyğun icrasını təmin etmək
  • Yeni sistem və proqramların tətbiqi zamanı istifadəçilərə texniki dəstək vermək;
  • Texniki dəstək şöbəsinin Əsas Keyfiyyət Göstəricilərini (Key Performans İndicators) izləmək, müvafiq statistika toplamaq və cari vəziyyəti təkmilləşdirəcək qərarlar qəbul etmək;
  • İstismar müddəti bitmiş maddi və qeyri-maddi aktivlərin yoxlama siyahısına uyğun istismardan çıxarılmasını, istismar müddəti bitmiş maddi aktivlərin daxili qaydalara uyğun olaraq təkrar emala və ya utilizasiyaya yönəldilməsini təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Rəhbər vəzifəsində minimum 3 il təcrübəsi;
  • Şəbəkə üzrə ilkin anlayışlar;
  • Sistem administrasiyası üzrə ilkin anlayışlar (Windows);
  • İnformasiya təhlükəsizliyi üzrə ilkin anlayışlar;
  • Kibertəhlükəsizlik üzrə ilkin anlayışlar;
  • İT Governance üzrə ilkin anlayışlar;
  • Texniki Dəstək üzrə dərin biliklər ( CompTIA A+ səviyyəsində);
  •  İT proses modellərinin tətbiqi üzrə təcrübə ITIL/ITSM (İnsident, Problem, Change və Request Management anlayışları);
  • Layihə idarəetməsi üzrə ilkin anlayışlar;
  • Strateji düşünmə, planlama və araşdırma bacarıqları;
  • Servicedesk və İTSM platformaları ilə iş təcrübəsi;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • İdarəetmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).

 

 Sertifikatların olması arzu olunandır:

  • ITIL Foundation (v4)
  • HDI Support Center Manager (or HDI Support Center Team Lead)


 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

January 4, 2026

Paylaşılıb

dekabr 29, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik