"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Uçuş əməliyyatları üzrə auditor

Uçuş əməliyyatları üzrə auditor

Bu gün

10

Təsvir

  • Aparıcı Uçuş Əməliyyatları auditorunun və/və ya Komplayens Monitorinqi Şöbəsinin rəhbərinin göstərişlərinə uyğun olaraq daxili və xarici auditləri, audit yoxlamalarını və inspeksiyaları həyata keçirmək;
  • Audit və yoxlamalar nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icrasını izləmək və onların vaxtında tamamlanmasına nəzarət etmək;
  • Azərbaycan Hava Yollarının standartlarına, eləcə də müvafiq Mülki Aviasiya Orqanlarının və digər tənzimləyici qurumların tələblərinə uyğunluğun təmin edilməsinə dəstək vermək;
  • Təşkilatın bütün fəaliyyət istiqamətləri və əməliyyat sahələri üzrə normativ tələblərə uyğunluğun davamlı olaraq qorunmasına töhfə vermək;
  • Aparıcı Uçuş Əməliyyatları auditoruna və Komplayens Monitorinqi Şöbəsinin rəhbərinə inzibati və təşkilati məsələlərdə dəstək göstərmək;
  • Audit fəaliyyəti ilə bağlı hesabatların, sənədlərin və digər məlumatların hazırlanmasında və idarə edilməsində iştirak etmək.

Tələblər

  • Uçuş Mühəndisliyi, Navigatorluq, Dispatch və ya digər aviasiya ixtisası üzrə bakalavr təhsili;
  • Compliance Monitoring və ya SMS sahəsində minimum 1 il iş təcrübəsi;
  • Aktiv və ya Frozen ATPL lisenziyasına malik namizədlərə üstünlük;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində minimum B2 (Upper-Intermediate) səviyyəsində bilik;
  • Texniki və peşəkar sənədləri anlama, hazırlama və təhlil etmə bacarığı;
  • Ana dili daşıyıcıları ilə effektiv ünsiyyət və peşəkar müzakirələrdə iştirak bacarığı;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək və hesabat/prezentasiya hazırlamaq bacarığı;
  • Güclü analitik düşünmə, problem həll etmə, detallara diqqət və məsuliyyətlilik;
  • Komanda işi və effektiv kommunikasiya bacarıqları;
  • Aviasiya sahəsinin normativ və tənzimləyici tələbləri barədə bilik və onlara uyğun fəaliyyət göstərmək bacarığı.


İş qrafiki: 5 günlük

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı 

Vakansiya haqqında

Son tarix

June 16, 2026

Paylaşılıb

iyun 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər