Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
Beyləqan PİEZ filialında mühəndis-energetik

Beyləqan PİEZ filialında mühəndis-energetik

Bu gün

303

Təsvir

  • Mühəndis-energetik elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir.
  • Elektrik avadanlıqlarının istismarı sahəsində təcrübə mübadiləsi üzrə işi aparır. Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir.
  • Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
  • Enerji təsərrüfatının perspektiv inkişafı planlarının, elektrik avadanlıqlarının yenidən qurulması üzrə təkliflərin işlənib hazırlanmasına rəhbərlik edir.
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqları müəyyən edir və onların təmirini növbələşdirir.
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsində iştirak edir. Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir. Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir. Avadanlıq və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

Tələblər

  • Müvafiq sahə üzrə ali ixtisas təhsili
  • Müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı

Vakansiya haqqında

Son tarix

October 26, 2025

Paylaşılıb

sentyabr 16, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Peşə təhsili

Əmək haqqı

450 - 495 AZN

Kateqoriya here

Digər

Oxşar vakansiyalar