Cari ildə pambıq əkini üçün subsidiya müqaviləsi bağlamış fermerlərin hesabatını hazırlamaq və Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmək.
Bağlanmış müqavilələri skan edərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etmək.
Tədarük olunan xam pambığa görə Pambıq Qəbulu Qəbzlərini (PPQ) EKTİS-ə daxil etmək və bu barədə hesabat hazırlayaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmək.
Fermerlər və aidiyyəti şəxslər üçün təlimlər təşkil etmək (Əkinlərin bəyan olunması, müqavilələrin və PPQ-nin EKTİS-ə daxil edilməsi üzrə).
EKTİS sistemində baş verən yeniliklərlə bağlı təlimlər keçirmək və işçiləri məlumatlandırmaq.
Subsidiyalarla bağlı daxil olan müraciətləri araşdırmaq və cavablandırmaq.
Tələblər
Ali təhsil (Kənd təsərrüfatı, İqtisadiyyat, Menecment və ya əlaqəli sahə üzrə).
Elektron sistemlərlə işləmək bacarığı, EKTİS üzrə biliklər üstünlükdür.
Analitik düşüncə və hesabatların hazırlanması bacarığı.
Təlimlərin təşkilində təcrübə və kommunikasiya bacarıqları.
MS Office proqramlarında işləmək bacarığı (Excel, Word).
Üstünlüklər:
Kənd təsərrüfatı sahəsində təcrübə.
Subsidiya və elektron hesabat sistemləri ilə iş təcrübəsi.