MS Windows, MS Office, 1 C, İnternet və s. biliklər;
İşin mövzusuna aid olan rəhbər, normativ və sorğu materiallarını, analiz, sınaq və başqa növ tədqiqatların aparılması üsullarını, texniki sənədlərin işlənib hazırlanmasını, qüvvədə olan standartları, onların rəsmiləşdirilməsi qaydasını bilməli;
Laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını və onların istismar qaydalarını bilməli;
İqtisadiyyatın, əməyin və istehsalın təşkilinin əsaslarını bilməli;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
Tələblər
Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir;
İş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak edir;
Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır;
Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və təmizləyir, eksperimentlərin aparılmasında iştirak edir;
Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir;
Müəssisə, idarə və təşkilatların bölmələrini lazımi cihaz, material və reaktivlərlə təmin edir;
Metodik materiallara uyğun olaraq analiz, sınaq, ölçmə nəticələrini emal edir, sistemləşdiri, rəsmiləşdiri və onların hesabınl aparır;
Verilən tapşırıqlara uyğun olaraq məlumatların şərh və məlumat nəşrlərindən, normativ-texniki sənədlər üzrə mənbəyini müəyyən edir. Aparılan eksperiment və tədqiqatlarla bağlı müxtəlif hesablama və qrafik işləri yerinə yetirir;
Müəssisə, idarə və təşkilatların bölmələri tərəfindən görülən işlərin texniki sənədlərinin rəsmiləşdirilməsində və tərtib olunmasında iştirak edir;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;