open navigation menu
Ana səhifə
/
Şirkətlər
/
AzəriMed MMC
/
Məhsul üzrə menecer (Product manager)
Məhsul üzrə menecer (Product manager)
AzəriMed MMC
Tam ştat
06-03-2026
327
Bağlanılıb
Təsvir
Vəzifə öhdəlikləri:
Məhsulun satışının planlaşdırılması - bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;
Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;
Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması.
İş şəraiti:
Əmək haqqı
: 1500-1700 AZN + Bonus sistemi mövcuddur
İş qrafiki:
I-V günlər 09:00-18:00
Tələblər
Yaş: 25-45;
Tibb üzrə ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;
Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;
Komandada işləmə bacarığı;
Peşəkar ünsiyyət qurma bacarığı;
İnkişafa və öyrənməyə meyilli;
MS Office proqramları ilə işləmə bacarığı;
Analitik təfəkkür;
İşində dəqiq və məsuliyyətli;
Yüksək səviyyədə təqdimat bacarığı.
Vakansiya haqqında
Paylaşılıb
mart 6, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə