Azərpoçt MMC
Ana səhifə
/
/
/
İnzibati işlər üzrə mütəxəssis

İnzibati işlər üzrə mütəxəssis

Bu gün

13

Təsvir

  • İnzibati departament üzrə gündəlik işlərin və təminat proseslərinin təşkili və koordinasiyasında iştirak etmək;
  • Ofis mebeli, avadanlıqları, inzibati ləvazimatlar və digər zəruri materiallar üzrə tələbatı müəyyən etmək, sifarişlərin hazırlanmasını və icrasını təşkil etmək;
  • İnzibati, texniki və təsərrüfat məsələləri üzrə yaranan ehtiyacların müəyyənləşdirilməsi və operativ həllində iştirak etmək;
  • Təchizatçı şirkətlərlə sifariş və xidmət proseslərini koordinasiya etmək, müqavilə öhdəliklərinin icrasına, təqdim olunan məhsul və xidmətlərin sayına və məbləğinə nəzarət etmək;
  • İnzibati fəaliyyət üzrə hesabatların, rəsmi təqdimatların, məktubların və digər sənədlərin hazırlanmasında iştirak etmək;
  • Elektron sənəd dövriyyəsini həyata keçirmək və müvafiq sənədlərin sistemləşdirilməsini təmin etmək;
  • İnzibati proseslərin səmərəli təşkili və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları operativ və vaxtında icra etmək.

Tələblər

  • İnzibati işlər, ofis inzibatçılığı, təchizat və ya əlaqəli sahələr üzrə iş təcrübəsi;
  • Microsoft Excel proqramı ilə işləmə bacarığı;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərini bilməsi üstünlükdür;
  • Təchizatçılar və digər tərəfdaşlarla effektiv işgüzar ünsiyyət qurmaq bacarığı;
  • Sənədlərlə işləmə, məlumatların sistemləşdirilməsi və hesabatların hazırlanması bacarığı;
  • Analitik və məntiqi düşünmə qabiliyyəti;
  • Bir neçə tapşırığı paralel idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və detallara diqqətli yanaşma.


Vakansiya haqqında

Son tarix

September 10, 2026

Paylaşılıb

avqust 10, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Könüllü tibbi sığorta ilə təmin edilmə