Azərpoçt MMC
Ana səhifə
/
/
/
Layihələrin idarə olunması departamentinin direktoru

Layihələrin idarə olunması departamentinin direktoru

13-10-2025

536

Təsvir

  • Layihə portfelinin idarə olunması – İT və Business yönümlü strateji layihələrinin planlaşdırılması, icrası, monitorinqi və yekunlaşdırılmasına ümumi nəzarət;
  • Layihə idarəetmə üzrə vahid standartların, metodologiyaların və sənədləşmə proseslərinin formalaşdırılması və təşkilat daxilində tətbiqinin təmin edilməsi;
  • Layihə portfelinin biznes strategiyası ilə uyğunluğunu qiymətləndirmək və prioritetləşdirmə mexanizmlərini hazırlamaq;
  • Komanda rəhbərliyi və inkişafı – Layihə menecerlərinin və komanda üzvlərinin fəaliyyətinə rəhbərlik etmək, performansını qiymətləndirmək və inkişaf planları hazırlamaq;
  • Resursların effektiv idarə olunması – İnsan, texniki və maliyyə resurslarının optimal bölüşdürülməsi və istifadəsi;
  • Risklərin idarə olunması – Layihələrlə bağlı potensial riskləri müəyyənləşdirmək, qiymətləndirmək və minimal zərərlə idarə edilməsi;
  • Maraqlı tərəflərlə əlaqə – Daxili (İT şöbəsi, digər departamentlər) və xarici tərəfdaşlarla əməkdaşlığın effektiv qurulması;
  • Layihə performansının monitorinqi – KPI-lar, vaxt cədvəli, büdcə və keyfiyyət göstəriciləri əsasında mütəmadi hesabatların hazırlanması və təqdimatı;
  • Rəqəmsal transformasiya təşəbbüslərinə rəhbərlik – İT sahəsində rəqəmsallaşma və innovativ həllərin tətbiqi istiqamətində strateji qərarların verilməsi.


Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Biznesin İdarə Olunması və.s);
  • PMP, PRINCE2, Agile/Scrum sertifikatları üstünlükdür;
  • Layihə idarəetməsi və rəqəmsal transformasiya üzrə müasir metod və yanaşmalar haqqında dərin biliklər;
  • Layihələrin idarə olunması sahəsində minimum 5 il, o cümlədən rəhbər vəzifələrdə minimum 3 il təcrübə;
  • İT layihələrinin (ERP sistemləri, mobil tətbiqlər, daxili platformalar və s.) idarəsində real iş təcrübəsi vacibdir;
  • Layihə büdcələrinin tərtibi və idarəsi üzrə praktiki bilik və təcrübə;
  • Güclü liderlik və komanda idarəetmə bacarıqları;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Effektiv ünsiyyət və təqdimat bacarıqları (Azərbaycan və ingilis dillərində);
  • Dəyişikliklərin idarə olunması və strateji düşünmə bacarığı.


Vakansiya haqqında

Son tarix

November 22, 2025

Paylaşılıb

oktyabr 13, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə