Korporativ şəbəkə infrastrukturunun (Firewall, IPS, Switch, Router və s.) fasiləsiz, təhlükəsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi;
Şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması, konfiqurasiyası və istismarının həyata keçirilməsi;
Şəbəkə avadanlıqlarında yaranan nasazlıqların diaqnostikası, təhlili və operativ şəkildə aradan qaldırılması (troubleshooting);
Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik risklərinin aşkarlanması və onların aradan qaldırılması üzrə texniki həllərin hazırlanması və tətbiqi;
Firewall, VPN, IPS və digər təhlükəsizlik həllərinin idarə olunması və dəstəklənməsi;
Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının ehtiyat nüsxələrinin (backup) yaradılması, bərpası və dəyişikliklərin idarə olunması;
Şəbəkə resurslarına giriş hüquqlarının yaradılması, dəyişdirilməsi və idarə edilməsi;
VPN tunellərinin qurulması, idarə olunması və fasiləsiz işləməsinin təmin edilməsi;
Bulud infrastrukturu ilə məlumat mərkəzi arasında şəbəkə inteqrasiyasının qurulması və dəstəklənməsi;
IP telefoniya infrastrukturunun idarə olunması və texniki dəstəyin göstərilməsi;
Yeni rabitə kanallarının qoşulması, avadanlıqların sazlanması və xidmətlərin istismara qəbulunda iştirak;
Şəbəkə monitorinq sistemlərinin qurulması, idarə olunması və inkişaf etdirilməsi;
Şəbəkə trafikinin monitorinqi və təhlili, performansın optimallaşdırılması və potensial problemlərin qabaqlayıcı şəkildə aşkarlanması;
İnternet və rabitə xidmətləri üzrə provayderlərlə texniki məsələlərin həlli və koordinasiyanın təmin edilməsi;
Şəbəkə infrastrukturuna dair texniki sənədlərin, topologiya sxemlərinin, konfiqurasiya məlumatlarının və inventar uçotunun aktual vəziyyətdə saxlanılması.
Tələblər
Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli ixtisaslar üzrə üstünlükdür);
Korporativ şəbəkə infrastrukturu və ya sistem inteqrasiyası sahəsində minimum 3 il iş təcrübəsi;
Korporativ WAN/LAN şəbəkələrinin layihələndirilməsi, qurulması, istismarı və inkişafı üzrə praktiki təcrübə;
Cisco Routing, Switching və Security həlləri üzrə nəzəri bilik və praktiki təcrübə;
Cisco, Fortinet və digər istehsalçıların şəbəkə avadanlıqlarının konfiqurasiyası, idarə olunması və texniki dəstəyi üzrə təcrübə;
NGFW, IPS, WAF, VPN və digər şəbəkə təhlükəsizliyi həlləri ilə iş təcrübəsi;
Linux əməliyyat sistemi üzrə inzibatçılıq bilikləri;
IP telefoniya sistemlərinin idarə olunması üzrə təcrübə;
Şəbəkə avadanlıqlarının quraşdırılması, kabelləşdirilməsi və istismara verilməsi üzrə təcrübə;
Şəbəkə protokolları (TCP/IP, OSPF, BGP, VLAN, STP, NAT, DHCP, DNS və s.) üzrə biliklər;
İnformasiya təhlükəsizliyi prinsipləri və şəbəkə təhlükəsizliyi standartları üzrə biliklər;
Şəbəkə monitorinq sistemləri (məsələn, Zabbix, PRTG, SolarWinds və s.) ilə iş təcrübəsi üstünlükdür;
CCNP, Fortinet NSE/FCP və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür;
İngilis dili biliyi (texniki sənədlərin oxunması və istehsalçıların texniki dəstək xidmətləri ilə yazışma səviyyəsində).