Fiziki və virtual server infrastrukturunun (VMware, Hyper-V və s.) fasiləsiz işləməsinin təmin edilməsi, sazlanması, optimallaşdırılması və genişləndirilməsi;
SAN və digər saxlama sistemlərinin idarə olunması, performansın qorunması;
Windows Server xidmətlərinin (AD, DNS, DHCP, GPO, Exchange, IIS və s.) idarə edilməsi, problemlərin həlli və təhlükəsizliyinin təmin olunması;
Linux sistemlərinin idarə edilməsi, performans və təhlükəsizlik optimallaşdırılması, yeniləmə və patch proseslərinin aparılması;
RDS mühitinin və FSLogix profil konteynerlərinin idarə olunması;
İnfrastruktur monitorinq sistemlərinin (PRTG, Zabbix, Grafana və s.) qurulması, fəaliyyət göstəricilərinin analiz edilməsi və problemlərin operativ həlli;
Server infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, risklərin aşkarlanması və aradan qaldırılması, ROLE-BASED giriş modellərinin sazlanması və auditi;
PowerShell, Bash, Python vasitəsilə skriptlərin yazılması və əməliyyatların avtomatlaşdırılması, CMS əsasında instalyasiya və konfiqurasiya proseslərinin idarə edilməsi;
Domain və hosting provayderləri ilə iş, vendorlarla avadanlıq nasazlıqlarının həlli, bulud provayderləri ilə inteqrasiya proseslərinə dəstək verilməsi;
İnfrastrukturun tam sənədləşdirilməsi, avadanlıq, lisenziya və resurs uçotunun aparılması, arxitektura və konfiqurasiya sənədlərinin aktual saxlanılması;
Backup sistemlərinin idarə edilməsi, bərpa planlarının hazırlanması və vaxtaşırı sınaqlardan keçirilməsi, DR prosedurlarının dəstəklənməsi;
Şöbə əməkdaşlarının fəaliyyətinə nəzarət, tapşırıqların bölüşdürülməsi, layihələrin koordinasiyası, resurs planlaması və eskalasiya proseslərinin idarə olunması.
Tələblər
Bakalavriat təhsili;
Sistem inzibatçılığı üzrə minimum 4–5 il, rəhbər vəzifədə isə ən az 1 il təcrübə;
Korporativ İT infrastrukturlarının idarə edilməsi üzrə praktiki təcrübə;
Windows Server xidmətlərinin (AD, DNS, DHCP, GPO, Exchange, IIS və s.) idarə olunması üzrə yüksək bilik;
Linux (RedHat/CentOS/Ubuntu) sistemlərinin idarə edilməsi üzrə praktiki bacarıqlar;
Virtualizasiya platformaları (VMware, Hyper-V) ilə işləmək üzrə təcrübə;
Storage sistemləri (SAN/NAS) və backup texnologiyaları ilə iş təcrübəsi;
Şəbəkə üzrə əsas biliklər: TCP/IP, VLAN, VPN, firewall;
İnfrastruktur təhlükəsizliyi, hardening və patch management üzrə bilik;
PowerShell və Bash vasitəsilə skript yazma və avtomatlaşdırma bacarığı;
Backup sistemlərinin (Veeam və s.) idarə olunması və DR ssenarilərinin icrası;
İT layihələrinin idarəedilməsi və komanda koordinasiyası bacarığı;
Texniki sənədlərin hazırlanması və infrastruktur uçotunun aparılması bacarığı;
Vendorlar və daxili şöbələrlə effektiv kommunikasiyanın qurulması;
Azərbaycan dilində səlis danışıq; İngilis və/və ya rus dillərində texniki sənədləri oxuma bacarığı.