A

Biznes proseslərin idarə edilməsi üzrə baş mütəxəssis

Bu gün

7

Təsvir

Vəzifənin məqsədi: Şirkətin fəaliyyət effektivliyini artırmaq məqsədilə mövcud biznes proseslərin auditini həyata keçirəcək, optimallaşdırma imkanlarını müəyyən edəcək və yeni effektiv iş axınlarını (workflow) dizayn edərək tətbiqinə nəzarət edəcək.


Vəzifə öhtəlikləri:


Proseslərin xəritələndirilməsi:

Şirkətdaxili bütün biznes proseslərin "As-Is" (mövcud vəziyyət) analizinin aparılması və "To-Be" (hədəflənən) modellərinin hazırlanması;


Optimallaşdırma:

Məhsuldarlığı artırmaq və itkiləri azaltmaq üçün proseslərin reinjinirinqi (BPR) və təkmilləşdirilməsi;


Reqlamentasiya:

Proseslərə dair daxili prosedurların, təlimatların və siyasətlərin layihələrinin hazırlanması;


KPI İdarəetməsi:

Biznes proseslərin effektivliyini ölçmək üçün əsas fəaliyyət (performans) göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqi;


Sənədləşdirmə:

İş axını diaqramlarının (Flowcharts) beynəlxalq standartlara (məsələn, BPMN 2.0) uyğun hazırlanması;


Koordinasiya:

Struktur bölmələr arası inteqrasiya proseslərinin idarə edilməsi və funksional kəsişmələrdə yaranan boşluqların aradan qaldırılması.

Tələblər

Kvalifikasiya tələbləri:


Təhsil:

İqtisadiyyat, Menecment, Sənaye mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;

Magistr dərəcəsi (üstünlükdür).


İş təcrübəsi:

Biznes proseslərinin idarə edilməsi və ya ona bənzər sahədə ən az 3 il təcrübə


Sertifikatlar:

Qeyd edilən sahə üzrə sertifikat üstünlükdür;

 

Funksional səriştə tələbləri:

Biznes proseslərin planlaşdırılması

Biznes proseslərin icrası

Biznes proseslərin monitorinqi və nəzarəti

Biznes proseslərin təkmilləşdirilməsi

Proseslərin optimallaşdırılması və proseslər arasında qarşılıqlı əlaqənin təmin edilməsi bacarıqları. 

ISO 9001,19011,17025 standartları üzrə biliklər (orta səviyyədə). 

Orta dərəcəli texniki biliklər (Metal sahəsində olması üstünlükdür)

Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı;

İngilis dillərində yaxşı səviyyədə yazı və danışıq bacarığı;

Ms Word, Ms Excel, Ms PowerPoint və Ms Outlook proqramında yaxşı səviyyədə işələmə bacarığı

Layihə idarəetmə proqramında (MS Project) işləmək bacarığı üstünlükdür

Ms Visio proqramında işləmə bacarığı

 

Davranış səriştə tələbləri:

Planlaşdırma

Təşkiletmə

Rəhbərlik/Aparıcılıq

Nəzarət etmə

Dəyişikliklərin idarə edilməsi

İşçilərin inkişafı

Empatiya

Ünsiyyət

Təmsiletmə

Təqdimat bacarıqları

Komanda işi

Danışıqların aparılması

Problem həlletmə

Analiz etmə

Detallara diqqət

Nəticəyönümlülük

Hesabatlılıq

Yaradıcılıq (yenilikçilik)

Stresin idarə edilməsi

 

Vakansiya haqqında

Son tarix

June 5, 2026

Paylaşılıb

may 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə