Təsvir

  • Yeni maddi aktivləri qəbul edib əməkdaşların iş yerlərinə nəql etmək, təlimatlara uyğun maddi aktivlərin yerində quraşdırılmasını həyata keçirmək (30 kiloqramadək ağır əşyaların qaldırılması tələb oluna bilər);


  • Yeni maddi aktivləri istismara hazırlamaq, tam işlək vəziyyətdə olduğuna əmin olmaq;


  • Son istifadəçilərin kompüterlərinə giriş/çıxış qurğuları və digər maddi aktivləri qoşmaq, sazlamaq, yaranmış nasazlıqları aradan qaldırmaq;


  • Daxili qaydalara uyğun olaraq maddi aktivlərə müvafiq lisenziyalı əməliyyat sistemi (Windows 10/11), proqram təminatı (MS Office, Adobe Acrobat Reader və s.) və online xidmətləri (e-mail, MS Teams və s.) quraşdırmaq, sazlamaq, son istifadəçiyə təhvil vermək;


  • Şəbəkə avadanlıqları (Switch, Router, NGFW, Access Point), İP telefon, İP kamera, İoT və s. tipli maddi aktivləri müəssisənin kompüter şəbəkəsinə qoşmaq üçün müvafiq kabelin ANSI/TIA-568 standartına uyğun qaydada çəkilişi və ANSI/TIA-606 standartına uyğun işarələnməsini təmin etmək;


  • Müvafiq maddi aktivlərdə şəbəkə bağlantısı qoşmaq, sazlamaq, yaranmış nasazlıqlar aradan qaldırmaq;

ap və nüsxələmə avadanlıqlarına kartriclərin dəyişdirilməsini həyata keçirmək;


  • Kompüterlə digər avadanlıqları əlaqələndirmək üçün müvafiq driver və aidiyyəti proqram təminatı quraşdırmaq və sazlamaq;


  • İstismarda olan bütün aktivlərin saz vəziyyətdə olmasını təmin etmək və müvafiq yazılı təlimata uyğun şəkildə qabaqlayıcı profilaktik xidmət göstərmək;


  • İstismar müddəti bitmiş maddi aktivləri müəssisənin daxili qaydalarına uyğun olaraq təkrar emal və ya utilizasiya üçün çeşidləmək, ayrılmış xüsusi məntəqələrə çatdırmaq;


Tələblər

Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzuolunandır)

 

İş təcrübəsi (minimum): Müvafiq sahədə minimum 1 il ümumi iş təcrübəsi

 

Dil bilikləri: Azərbaycan dili, İngilis dili (İngilis dili - C1 səviyyəsində, Rus dili arzuolunandır)

 

Kompüter bilikləri: Microsoft office proqramları (Elektron sənəd dövriyyəsi - ESD)

 

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLƏR:



  • Əməliyyat sistemi (Windows 10/11) üzrə praktiki biliklər;
  • Kibertəhlükəsizliyin əsasları üzrə nəzərə biliklər;
  • Kompüter şəbəkələrinin əsasları üzrə nəzərə biliklər;
  • Texniki nasazlıqları diaqnoz etmək;
  • Texniki nasazlıqları aradan qaldırmaq;
  • Kompüterin texniki hissələri ilə tanışlıq;
  • Periferiya və şəbəkə qurğuları ilə tanışlıq;
  • Son istifadəçilərin texniki dəstəklənməsi;
  • Texniki sxemləri və diaqramları oxuyub anlamaq;
  • İT avadanlıqlarının quraşdırılması, sazlanması və monitorinqi;
  • Punktuallıq və çeviklik;
  • Problem həll etmə bacarıqları;
  • Detallara diqqət;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.



Vakansiya haqqında

Son tarix

September 1, 2025

Paylaşılıb

iyul 23, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik