Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizini həyata keçirmək;
Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər siyahısı formalaşdırmaq, backlogu formalaşdırmaq və müntəzəm olaraq yeniləmək;
Biznes üzrə müştərilərin biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarını hazırlamaq;
Scrum metodologiyasını tətbiq etmək;
Bazarda baş verən dəyişikliklərə sürətli reaksiya vermək;
Məhsulun inkişaf yol xəritəsini (roadmap) hazırlamaq;
Məhsul üzrə uzunmüddətli vizyon formalaşdırmaq;
Release və sprint planlamanı etmək;
Qiymət strategiyasını müəyyən etmək;
Vendorlarla əməkdaşlıq etmək;
Məhsul üzərində müntəzəm olaraq testlər aparmaq, seçilmiş hədəf auditoriyalar üzərində testlər aparmaq və test nəticələrini dəyərləndirmək.
Tələblər
Ali təhsil (Biznes, Marketinq, Kompüter mühəndisliyi, IT və ya əlaqəli sahə üzrə);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dili - səlis, ingilis – əla; rus dili – arzuolunan;
MS Office, Figma, Draw.io proqramları üzrə biliklər;
Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı;
Analitika bacarığı;
Q&A bacarığı;
Güclü kommunikasiya və vaxtın idarəedilməsi bacarıqları.