AzInTelecom MMC

Middle iOS Developer

Bu gün

98

Təsvir

  • Swift proqramlaşdırma dili istifadə edərək iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi
  • SwiftUI və UIKit əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması
  • Combine və Swift Concurrency istifadə edərək asinxron və reaktiv proseslərin düzgün idarə olunması
  • Texniki tapşırıqlara (Jira ticket-lərinə) uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası
  • Mövcud kod bazasında refaktorinq aparılması, performans və oxunaqlılığın artırılması
  • Kod standartlarına və daxili qaydalara ciddi şəkildə riayət edilməsi
  • Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi
  • GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak
  • Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak
  • Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası
  • Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak
  • Texniki problemlərin analizi və həll yollarının təklif edilməsi
  • Tətbiqin stabil işləməsinin təmin olunması və yaranan bug-ların operativ şəkildə aradan qaldırılması
  • Texniki sənədlərin oxunması və lazım gəldikdə daxili texniki dokumentasiyanın hazırlanması

Tələblər

Hard bacarıqlar

  • SwiftUI və UIKit istifadə edərək iOS tətbiqlərinin hazırlanması bilikləri
  • Swift proqramlaşdırma dili üzrə praktik təcrübə
  • Combine framework ilə reaktiv proqramlaşdırma təcrübəsi
  • Swift Concurrency (async/await, Task, Actors) üzrə biliklər
  • Test yazma və test yönümlü inkişaf (TDD anlayışı üstünlükdür)
  • Kod keyfiyyətinə və performansa diqqət

Soft bacarıqlar

  • Komanda daxili ünsiyyət
  • Backend, QA və dizayn komandası ilə effektiv əməkdaşlıq, texniki mövzuları aydın şəkildə izah etmə bacarığı.
  • Məsuliyyət və Ownership
  • Üzərinə götürdüyü task-ların sonuna qədər icrası, yaranan problemlərə həll yönümlü yanaşma.
  • Code Review mədəniyyəti
  • Həm başqalarının koduna rəy vermək, həm də öz kodu üçün konstruktiv feedback qəbul etmək bacarığı.
  • Zamanın idarə olunması
  • Sprint çərçivəsində prioritetlərin düzgün müəyyən edilməsi və deadline-lara riayət.
  • Öyrənməyə açıqlıq
  • Yeni texnologiyaları və iOS ekosistemindəki yenilikləri izləmək, biliklərini davamlı inkişaf etdirmək istəyi.
  • Üstünlük Sayılan Bacarıqlar (Nice to Have)
  • MVVM və ya digər arxitekturalarla iş təcrübəsi
  • CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür)
  • App Store-a tətbiq yükləmə və release proseslərində iştirak
  • Minimum 1 il iOS üzrə full-time iş təcrübəsi. (2+ arzuolunandır)
  • Təhsil - Ali
  • Dil bilikləri:
  1. Azərbaycan dili - səlis
  2. İngilis dili - yaxşı


Vakansiya haqqında

Son tarix

March 30, 2026

Paylaşılıb

fevral 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik