Native iOS və Android tətbiqlərinin funksional, reqressiya, UI/UX və uyğunluq testlərini həyata keçirmək;
Test dizaynını sürətləndirmək üçün süni intellekt alətlərindən istifadə etməklə test keys və test ssenarilərini hazırlamaq və icra etmək;
Müxtəlif əməliyyat sistemi versiyaları və ekran ölçüləri üzrə real cihazlarda, emulyatorlarda və simulyatorlarda testlər aparmaq;
Mobil tətbiqlərə xas yoxlamaları həyata keçirmək: icazələr, kənar müdaxilələr (zənglər, bildirişlər), oflayn rejim, şəbəkələr arasında keçid və tətbiqin arxa planda/ön planda işləmə davranışı;
Mobil tətbiqlərin API-lərini və backend inteqrasiyasını test etmək (Postman/Swagger), həmçinin Grafana/Sentry vasitəsilə backend loglarını və metriklərini yoxlamaq;
Cihaz logları, ekran görüntüləri və ekran qeydləri ilə birlikdə xətaları Jira-da qeyd etmək, təhlil etmək və izləmək;
Crash hesabatlarını (Firebase Crashlytics və ya oxşar alətlər) izləmək və süni intellekt alətlərindən istifadə etməklə xətaların əsas səbəblərinin müəyyənləşdirilməsinə dəstək olmaq;
Appium və ya Selenium vasitəsilə test avtomatlaşdırılması üzrə təcrübəyə malik olmaq;
Mobil QA proseslərini təkmilləşdirmək və süni intellekt əsaslı yeni həllər təklif etmək;
Mobil proqramçılar, dizaynerlər və məhsul komandaları ilə sıx əməkdaşlıq etmək, gündəlik görüşlərdə (daily stand-up) və sprint planlaşdırılmasında iştirak etmək;
Texniki məsələləri aydın, strukturlaşdırılmış və anlaşılır şəkildə izah etmək bacarığı;
Yeni texnologiya və yanaşmaları öyrənməyə və tətbiq etməyə açıq olmaq;
Detail-oriented yanaşma və işin keyfiyyətinə fokuslanmaq;
Prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən edilmiş deadline-lara riayət etmək;
Dəyişən tələblərə və dinamik development mühitinə adaptasiya olmaq;
Tələblər
Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
QA sahəsində ən az 2 il iş təcrübəsi;
Test proseslərində süni intellekt alətlərindən istifadə təcrübəsi;
SDLC, STLC, test metodologiyaları və test dizaynı texnikaları üzrə güclü nəzəri və praktiki biliklər;
Real cihazlarda iOS və Android tətbiqlərinin test edilməsi üzrə praktiki təcrübə;
Android Studio (ADB, Logcat) və Xcode (simulyatorlar, cihaz logları) ilə işləmək barədə məlumatlılıq;