Ön masaya gələn müştəri müraciətlərini qəbul etmək və daxili sistemdə düzgün qeydiyyata almaq;
Müştərilərin sorğularını operativ şəkildə cavablandırmaq və lazımi məlumatları təqdim etmək;
Qeydiyyata alınmış müraciətlərin vaxtında həll olunmasını təmin etmək və zərurət yarandıqda geri dönüş etmək;
Müştəri müraciətlərinin səbəblərini və şikayətləri sistemdə dəqiq və tam şəkildə qeyd etmək;
Şirkətin xidmətləri və prosedurları barədə müştərilərə ətraflı məlumat vermək;
Müştərilərlə yüksək keyfiyyətli və dostyana ünsiyyət qurmaq;
Şirkətin daxili qayda və prosedurlarına riayət etmək;
Komanda üzvləri ilə əməkdaşlıq etmək və qarşılıqlı dəstək göstərmək;
Məxfi məlumatların qorunmasını təmin etmək və yalnız xidməti məqsədlər üçün istifadə etmək.
Tələblər
Hard Skills
Daxili sistem və proqram təminatını bilmək – müraciətlərin qeydiyyatı, müştəri məlumatlarının idarəsi üçün CRM və ya müvafiq daxili proqramlarda işləmə bacarığı;
Müştəri sorğularını qeydiyyata alma və idarə etmə bacarığı – sorğuları düzgün kateqoriyalara ayırmaq, prioritetləşdirmək və izləmək;
Şirkət xidmətləri və prosedurlarını bilmək – məhsullar, xidmətlər, tariflər və qaydalar barədə dəqiq və dolğun məlumat vermək;
Məxfi məlumatların qorunması – şəxsi və şirkət məlumatlarını təhlükəsiz və düzgün saxlamaq;
Əlaqə vasitələrindən istifadə bacarığı – e-poçt, chat, CRM, daxili müraciət formaları və digər kanallardan effektiv istifadə;
Problem həll etmə və qərar qəbul etmə bacarığı – müraciətlərin həlli zamanı prosedurlar çərçivəsində operativ və düzgün qərar vermək;
İş təcrübəsi - Müvafiq sahədə arzuolunandır;
Təhsil - Ali;
Dil bilikləri: Azərbaycan dili – səlis; Rus dili – səlis; İngilis dili – orta.
Soft Skills
Ünsiyyət və dinləmə bacarığı – müştəri ilə dostyana, aydın və hörmətli ünsiyyət qurmaq, şikayəti tam dinləmək;
Empatiya – müştərinin narazılığını və ehtiyacını başa düşmək, münasibətini nəzərə almaq;
Təşkilatçılıq və zaman idarəsi – müraciətləri vaxtında həll etmək və geri dönüşləri planlı şəkildə aparmaq;
Komanda işi – komanda üzvləri ilə effektiv əməkdaşlıq etmək və qarşılıqlı dəstək göstərmək;
Streslə işləmək bacarığı – tələbatlı müştərilərlə və çox müraciətlərlə sakit və nəzakətli işləyə bilmək;
Diqqət və dəqiqlik – müraciətlərin, şikayətlərin və məlumatların düzgün qeydiyyatını təmin etmək.